1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Dəmirbank 100-ə yaxın müştəriyə güzəşt təqdim etdi
19.12.2017

Baki, FinanceTime. DəmirBank 100-ə yaxın daimi pul köçürmə müştərilərini güzəştli kateqoriyaya daxil edib. Kateqoriyalar müştərilərin ölkədaxili Şimşək pul köçürmə sistemi ilə müəyyən dövr üzrə (ay, rüb, yarım il və ya il) köçürmə məbləğlərinin həcminə əsasən A-dan C-ə qədər yüksəlir. Hər bir kateqoriyada olan müştərilər göndərdiyi məbləğdən və əməliyyat sayından asılı olaraq pul köçürməsi tariflərində 0.3%-dək güzəşt əldə edir. Bundan əlavə güzəştli kateqoriyalara daxil edilmiş müştərilərin köçürdüyü məbləğdən asılı olmayaraq maksimal komissiya 70 AZN / USD / EUR-u keçmir. Hər hansı güzəşt kateqoriyasına aid edilmiş müştəri növbəti dövr ərzində etdiyi köçürmə həcmindən asılı olmayaraq aşağı kateqoriyaya salınmır, lakin daha yuxarı kateqoriyaya yüksəldilə bilər.

DəmirBank-ın Şimşək sistemi vasitəsilə ölkədaxili pul vəsaitini daha rahat şəkildə köçürmək və ya almaq mümkündür. Köçürmələr manat, ABŞ dolları və ya avro ilə aparıla bilər. Şimşək pul köçürməsində maksimal məbləğ 100 min AZN/USD/EUR-dur.

Ölkənin ilk kommersiya banklarından biri olan “DəmirBank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan “Avropa Yenidənqurma və İnkişaf Bankı” və “Hollandiya İnkişaf Maliyyə Şirkəti” (FMO) daxildir.

Bankla əlaqə saxlamaq üçün:

Məlumat Mərkəzi : (012) 149 http://www.demirbank.az https://www.facebook.com/demirbank.az

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment