1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


AccessBank-ın yeni kampaniyasında cazibədar kredit şərtləri
13.12.2017

Baki, FinanceTime. Yeni ilə sayılı günlər qalıb. Hər birimiz Yeni ildə nağıllarda olduğu kimi arzularımıza çatmaq istəyirik. İş adamları biznesini böyütməyi, fermerlər təsərrüfatını genişləndirməyi, hər birimiz əzizlərimizə arzuladıqları hədiyyələri almağa tələsirik. Amma bəzən vəsaitlərimizin məhdud olması buna imkan vermir…

AccessBank Yeni il qabağı müştərilərinin arzularını nağıllardakı kimi həyata keçirəcək “Üçü var idi, üçü yox idi” kredit kampaniyasına start verir. Kampaniya çərçivəsində AccessBank-dan mikro, aqro və istehlak krediti götürən müştərilərə, aylıq kredit ödənişlərində istənilən 3 ay GÜZƏŞT MÜDDƏTİ veriləcək və son 3 ayın faizləri HƏDİYYƏ ediləcək!

3 ay güzəşt müddəti var, 3 ay faiz ödənilməsi yoxdur!

Belə ki, 15 yanvar 2018-ci il tarixinədək AccessBank-dan kredit götürənlər, ödəniş aylarından istənilən 3 ayı güzəşt müddəti seçib, həmin aylar üzrə əsas borc məbləği ödənişindən azad olunaraq, növbəti aylarda ödəyəcək. Bundan başqa, kampaniya çərçivəsində kredit götürən hər kəsə kreditin son 3 ayının faizləri hədiyyə ediləcək. Kampaniyadan yararlanan müştərilər sərfəli şərtlərlə, müddəti min. 15 ay olmaqla, 50 000 manatadək mikro və aqro, eləcə də 20 000 manatadək nağd kreditlər əldə edə biləcək.

Ətraflı məlumatı Bankın rəsmi internet saytındanfacebook və twitter səhifələrindən, eləcə də 151 Əlaqə Mərkəzindən əldə edə bilərsiniz.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment