1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


PAŞA Bank “TheBanker” tərəfindən “İlin Bankı” adına layiq görülmüşdür
11.12.2017

Baki, FinanceTime.  Beynəlxalq maliyyə jurnalı “The Banker” tərəfindən Londonda 18-ci “İlin Bankı”mükafatının təltif edilməsi mərasimi keçirilmişdir. Azərbaycanın aparıcı korporativ bankı PAŞA Bank ölkədən bu nüfuzlu mükafatın qalibi olmuşdur.

Bu il bu mükafat dünyanın 140-dan çox ölkəsindən aparıcı banklara təltif edilmişdir. PAŞA Bank ilə yanaşı bu mükafat Raiffeisen Bank, SocieteGenerale, BNP Paribas  v s. bu kimi beynəlxalq maliyyə təşkilatlarına da təltif edilmişdir.

PAŞA Bankın İdarə heyətinin Sədri Taleh Kazımovun sözlərinə görə belə bir nüfuzlu beynəlxalq mükafatın alınması ilk növbədə Bankın güclü maliyyə təşkilatı kimi tanınmasının təzahürüdür.

"Artıq bu gün biz deyə bilərik ki, 2017-ci il üzrə əsas nailiyyətlərimiz biznes həcmlərinin aktiv şəkildə artırılması və kredit portfelinin yüksək keyfiyyətinin saxlanılmasından ibarət olmuşdur. Bunları nəzərə alaraq bu mükafata layiq görülməyimizi biz təkcə Bankın deyil, həm də bütün müştərilərimizin uğuru kimi qiymətləndiririk. Bu il ərzində PAŞA Bankda mənimsənilmiş “nou-xau” bizə və müştərilərimizə  daha da səmərəli əməkdaşlıq qurmağa və tərəfdaşlığın yeni səviyyəsində çıxmağa yardım etmişdir", - deyə Kazımov öz fikrini yekunlaşdırmışdır.

“Financial Times” nəşriyyat qrupunun bir hissəsi olan “TheBanker” jurnalı 1926-cı ildən etibarən dərc olunur və aparıcı beynəlxalq maliyyə nəşriyyatlarından biridir. Mükafat qaliblərinin siyahısını müəyyən edərkən jurnalın redaksiyası təkcə bankların maliyyə nəticələrini deyil, həm də inkişaf strategiyalarının həyata keçirilməsi və yeni standart və texnologiyaların tətbiq edilməsi sahəsindəki nailiyyətləri nəzərə alınır.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment