1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Kapital Bank-ın təşkilatçılığı ilə “Azərbaycanda Etika və komplayns” konfransı keçirilib
11.12.2017

Kapital Bank 6 dekabr tarixində Azərbaycanda Amerika Ticarət Palatası (AmCham) tərəfindən keçirilən “Azərbaycanda etika və komplayns” adlı birinci konfransın rəsmi tərəfdaşı olub.

KonfransdaAmCham-ın icraçı direktoru Natəvan Məmmədova və prezidenti Nuran Kərimov, Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədr müavini Niyazi Rəhimov, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilatı və İnformasiya təminatı İdarəsinin prokuroru Elnur Hümbətov və digər rəsmi qonaqlar iştirak ediblər.

Tədbirdə həmçinin Kapital Bank-ın əməkdaşı Kamil Lətifov da çıxış edib. Çıxışı zaman maliyyə və qeyri-maliyyə təsisatlarında, xüsusilə də banklarda komplayns sisteminin qurulmasınınvacibliyindən, son dövrlər ölkəmizdə komplayns sahəsinin möhkəmlənməsinə və inkişafına xüsusi önəm verilməsindən, o cümlədən Maliyyə Bazarlarına Nəzarət Palatasının bu sahəyə nəzarətinin güclənməsindən söhbət açıb. Həmçinin bildirmişdir ki, Kapital Bank-da beynəlxalq qurumların (FATF, MONEYVAL və s.) müəyyən etdiyi standartlara uyğun komplayns sahəsi qurulub və təkmilləşdirilməsi üzərində işlər aparılır.

Qeyd edək ki, tədbir zamanı çıxış edən qonaqlar Azərbaycanda tətbiq edilən biznes təcrübələrinin müvafiq qanun, qayda və etik biznes davranışı prinsiplərinə uyğunluğunun təmin edilməsi və ölkənin biznes ictimaiyyəti daxilində komplayns mədəniyyətinin inkişafı baxımından vacibliyini vurğulayıblar.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 92 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment