1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


VTB (Azərbaycan)-dan “Bakı-Moskva-Bakı” aviabileti qazanmaq şansı
07.12.2017

Baki, FinanceTime.  Yeni il ərəfəsində bank VTB (Azərbaycan)-da “Bakı-Moskva” kart sahibləri üçün xüsusi Aksiyaya start verilir. 11 dekabr 2017-ci ildən 31 yanvar 2018-ci ilədək “Bakı-Moskva” kartı ilə ən çox alış-veriş edən müştəri Bakı-Moskva-Bakı istiqamətində aviabilet qazanacaq.

Aksiyanın şərtlərinə əsasən, xərclənən vəsait hesablanarkən Azərbaycan ərazisində və xaricdə, ticarət nöqtələrində və elektron kommersiya vasitəsi ilə kartla həyata keçirilmiş nağdsız əməliyyatlar nəzərə alınacaq. Xaricdə həyata keçirilən əməliyyatların məbləği hesablanma zamanı iki dəfə artırılacaq. Nağd vəsaitin çıxarılması, istənilən növ kart köçürmələri, kreditlərin ödənişi üzrə əməliyyatlar və qaytarma əməliyyatları hesablanmada nəzərə alınmayacaq.

Qalib Aksiya başa çatdıqdan sonra 3 gün ərzində müəyyənləşəcək. Bilet yalnız kart sahibinin - Aksiya qalibinin adına verilir. Uçuşun tarixlərini qalib seçir və bu barədə uduş elan edildikdən sonra 1 ayərzində banka məlumat verir.

“Bakı-Moskva” kartı nağdsız ödənişlər və nağdlaşdırma üçün, eləcə də pul vəsaitinin hesabda yığılması üçün nəzərdə tutulan, 24 və 36 ay müddəti olan debet kartıdır. Kartı manat, dollar, avro və rubl valyutasında açmaq olar. Valyutasından asılı olaraq kart hesabındakı qalıq məbləğinə illlik 0,5%-dən 4,5%-dək əlavə gəlir hesablanır. Bundan başqa, kart 0,5% həcmində CashBack nəzərdə tutur.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment