1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Coca-Cola” və ADA Universiteti növbəti yaşıllaşdırma aksiyasına start verib – artıq 40 min ağac əkilib
04.12.2017

Baki, FinanceTime.  “Coca-Cola” və ADA Universitetinin birgə təşkilatçılığıilə həyata keçirilən “Ağac əkək, təbiətə töhfə verək” layihəsi çərçivəsində BMX Veloparkında növbəti agacəkmə aksiyası keçirilib. ADA Universitetinin tələbələri, “Coca-Cola”nın əməkdaşları və Azərbaycan Velosiped İdmanıFederasiyasının nümayəndələri ənənəvi olaraq şam və zeytun ağacları əkərək veloparkın 30 hektaradək ərazisinin yaşıllaşdırılmasını tamamlamişlar. Son 2 il ərzində məhz bu layihə çərçivəsində BMX Veloparkda 26,5 min şam və zeytun ağacları əkilib. Təşkilatçıların sözlərinə görə, bütün ağaclar damcı suvarma sistemi ilə təchiz edilib ki, bu da onların uzunömürlü olmasını və suvarma zamanı ilde 40 mln litr suya qənaətə səbəb olur təmin edir.

“Ağac əkmək çətin iş deyil, lakin əkilmiş ağacın böyüməsi və davamlılığını təmin etmək lazımdır. Məhz buna nail olmaq üçün əkdiyimiz ağacları damcı suvarma sistemi ilə təchiz edirik. Son əkdiyimiz 10 min ağacdan yalnız 23-ü quruyub. Bu üsulla biz su ehtiyatlarımızı maksimum qorumağa çalışırıq ki, bu da Azərbaycan üçün həm daha çox ağac, həm də daha çox su deməkdir”, - deyə ADA Universitetinin Xəzər Enerji və Ətraf Mühit Mərkəzinin direktoru Elnur Soltanov bildirib.

Öz növbəsində “Coca-Cola” şirkətinin Qafqaz və Mərkəzi Asiya üzrə kommunikasiya meneceri Elşad Fərzəliyev şirkətin Azərbaycanda ətraf mühitin inkişafına verdiyi önəmivurğulayıb:«“Coca-Cola” olaraq işlədiyimiz hər bir ölkənin inkişafı üçün irimiqyaslı proqramlara dəstək oluruq. ADA Universiteti ilə həyata keçirdiyimiz “Ağac əkək, təbiətə töhfə verək” layihəsi Azərbaycanda ekologiyanın inkişafı, ərazilərin yaşıllaşdırılması üçün böyük bir töhfədir. “Coca-Cola” Fondu tərəfindən maliyyələşdirilən bu layihə nəticəsində son 3 il ərzində  Bakı şəhəri, eləcə dəƏlət və Siyəzən rayonları ərazisində ümumlikdə 40 min ağac əkilib. Hesab edirik ki, bu, yaşıllıq ərazisinin çox az olduğu Bakı və Bakı ətrafı bölgələrlə bərabərəhali üçün dəəvəzsiz bir töfhədir. Əminik ki, bu ağaclar qorunacaq və onlar uzun illər boyu təbiətə, iqlimin yaxşılaşdırılmasına xidmət edəcək».

Layihənin əsas məqsədi ölkənin öncədən müəyyən edilmiş ərazilərində su ehtiyatlarından maksimum qənaətlə istifadə edərək kütləvi meşələrin salınması və mövcud meşələrin bərpa olunmasıdır. “Coca-Cola” və ADA Universitetinin ağacəkmə layihəsində müasir damcı suvarma texnologiyasından istifadə olunur ki, bu da öz növbəsində su ehtiyatlarından səmərəli istifadə deməkdir.

Tədbir zamanı qeyd edildi ki, 2014-cü ilin fevral ayından icrasına başlanan layihədəümumilikdə 100 mindən çox ağacın əkilməsi nəzərdə tutulur. Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə həyata keçirilən bu layihə çərçivəsində Ələt, Siyəzən və Şıxovda daxil olmaqla44 hektara yaxın boş ərazilərdə 40 min zeytun və şam ağacları əkilib. Layihənin icrasına başlamazdan əvvəl bu ərazilərin yarısından çoxu  ya kollarla örtülü və ya ümumiyyətlə səhralıq olmuşdur. Hazırkı vəziyyətdə isə böyümüş şam və zeytun ağacları atmosferi oksigenlə zənginləşdirir, həm də bütövlükdə eko-sistemin inkişafına öz faydasını verir. Sevindiricidir ki, ağaclar əkildikdən sonra da onların düzgün suvarılması və uzunömürlü olmaları üçün ərazilər daimi olaraq nəzarətdə saxlanılır.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment