1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“NeHarada.az” “RecExpo” sərgisində uğurla təmsil olunub
28.11.2017

Baki, FinanceTime. Noyabrın 28-30-da Bakıdakı “Expo Mərkəzi”ndə “Rec Expo” sərgisi keçirilib. Sərgi daşınmaz əmlak sahəsi üzrə ixtisaslaşmaqla, biznes sahəsində önəmli tədbirlərdən hesab olunur. 

Biznesin  müxtəlif sferaları ilə bağlı əlverişli xidmətlər təklif edən innovativ “NeHarada.az” saytı da sərgidə ayrıca stendlə təmsil olunub. Bu barədə təəssüratlarını bölüşən “NeHarada.az” saytının rəhbəri Rəşad Əliyev sərgidə təmsilçiliyi məhsuldar hesab edir: “NeHarada.az” saytı olaraq ilk dəfə bu sərgidə iştirak etdik. Sərgi yüksək səviyyədə təşkil olunmuşdu və oraya qatılan şirkətlərin, qonaqların rəngarəngliyi ilə diqqət çəkirdi. Sərgi daşınmaz əmlak sahəsində və iqtisadi həyatda kifayət qədər populyardır və ölkədə 3-cü dəfə keçirildi. Tədbirdə çıxış edənlər daşınmaz əmlak sahəsində xüsusi güzəşt və təkliflər təqdim edirdilər ki, bu da müştərilər və tərəfdaş şirkətlər üçün cəlbedici idi. Ümumiyyətlə, bu sərgini iqtisadi həyat baxımından da çox faydalı hesab edirəm.  Beynəlxalq səviyyəli bu sərgiyə yetərincə iş adamları baş çəkir və maraq göstərir. Beləliklə, “Expo Mərkəzi”ndə keçirilən tədbirdə iştirak etməklə beynəlxalq sərgilərdə təmsilçiliyimiz yönündə önəmli bir addım atmış olduq. Biz sərginin media bölməsində təmsil olunmuşduq. Məqsəd sərgidə xidmətlərimizi iştirakçılara əyani təqdim etmək idi. Sərginin ilk günü təqdimatımız oldu.”

R.Əliyev onu da diqqətə çatdırıb ki, “NeHarada.az” saytı olaraq mütəmadi şəkildə “Facebook” sosial şəbəkəsində istifadəçilərə hədiyyələr təqdim edir. “Facebook”da haştaqlarla paylaşım edən sosial şəbəkə iştirakçıları bu təklifimizi böyük rəğbətlə qarşılayır.

Ümumiyyətlə, bu sayt vasitəsilə siz, Azərbaycanın müxtəlif rayon və şəhərlərindəki məkanların yerini tapa və onların haqqında dolğun məlumat əldə edə bilərsiniz. Çox geniş kateqoriyalar üzrə fəaliyyət göstərən “Neharada.az”dan istifadə etmək üçün mobil tətbiqdən və ya mobil üçün uyğun saytımızdan istifadə etmək olar.

Saytın ünvanı: www.neharada.az

Mobil tətbiq Android üçün : neharada açar sözü ilə axtara bilərsiniz.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment