1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Sərxan Həşimov “Microsoft”un MDB üzrə İdarə Heyətinin üzvü seçilib
28.11.2017

Baki, FinanceTime. “Microsoft Azerbaijan” şirkətinin baş direktoru Sərxan Həşimov “Microsoft”un MDB üzrə İdarə Heyətinin üzvü seçilib. Sərxan Həşimov korporasiyanın biznesinin Türkmənistan və Tacikistanda inkişafı məsuliyyətini də üzərinə götürüb. 

Sərxanın əsas vəzifələri “Microsoft”un biznesinin Türkmənistan və Tacikistanda inkişafı, o cümlədən bulud texnologiyaları sahəsində, əsas tərəfdaşlar və sifarişçilərlə işgüzar əlaqələrin qorunub saxlanması, həmçinin dövlət orqanları ilə qarşılıqlı əməkdaşlığın inkişafı və nümayəndəliyin komandasına rəhbərlik etməsindən ibarətdir.

“Türkmənistan və Tacikistan bazarları bizim şirkətin bulud və mobil texnologiyaları, platforma həlləri və birgə iş üzrə vəsaitlər kimi prioritet istiqamətlərini uğurlu inkişaf etdirməsi üçün lazımi xüsusiyyətlərə malikdirlər. Əminəm ki, missiyamızı icra edərək – insanlara və təşkilatlara daha çox nailiyyət qazanmaqda yardım göstərərək biz ölkə iqtisadiyyatına və cəmiyyətin inkişafına öz töhfəmizi verə biləcəyik”, - deyə Sərxan Həşimov bildirib.

İKT sahəsində 13 il bundan öncə əmək fəaliyyətinə başlayan Sərxan Həşimov HP, “Oracle” və SAP kimi beynəlxalq şirkətlərdə çalışaraq karyera qurmağı bacarıb. O, iki il ərzində “Oracle” şirkətinin ən uğurlu əməkdaşlarından biri olub, SAP şirkətində isə o, 2015-ci ilin nəticələrinə əsasən, dünyanın ən yaxşı işçilərdən biri seçilib. Sərxan Həşimov irimiqyaslı layihələrin idarə edilməsi, konsaltinq xidmətlərinin təqdim olunması və biznesin inkişafı sahələrində geniş təcrübəyə, eyni zamanda, bulud texnologiyaları, mobil tətbiqlər və şirkətin resurslarının idarə edilməsi (ERP) sahələrində geniş biliyə malikdir.

Sərxan Həşimov evlidir, 9 yaşında bir oğlu var, asudə vaxtlarında peşəkar səviyyədə şahmatla məşğul olur.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment