1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


IN TOUCH BAKU 2017: qərarları asanlaşdıraraq həyatı asanlaşdırmaq
24.11.2017

Bakıda pərakəndə ticarət və bank texnologiyalarının inkişafı mövzusunda beynəlxalq konfrans keçirilmişdir.

Baki, FinanceTime. Noyabrın 16-da Bakıda, Diebold Nixdrof (Almaniya) və PENKI KONTINENTAI qrupuna daxil olan BS/2 (Litva)  IN TOUCH BAKU 2017 bank və riteyl texnologiyalarının inkişafı mövzusunda beynəlxalq konfrans keçirilmişdir.

Konfransın gedişində pərakəndə ticarət sahəsində çalışan Azərbaycan, Gürcüstan, Moldova və Rusiyadan olan kommersiya banklarının,müəssisə və təşkilatların  təmsilçiləri, Alaniyadan olan pərakəndə satış və bank avadanlıqları istehsalçıları və Litvalı peşəkar proqram təminatı təmsilçiləri ilə rəqəmsal texnologiyanın hazırkı inkişaf problemləri haqqında fikir və təcrübələrini bölüşdülər.

Tədbirin açılışı Diebold Nixdorf-un Mərkəzi və Şərqi Avropada tərəfdaşlarla iş üzrə vitse-prezidenti İohim Ştruk və PENKI KONTINENTAI qrupunun təmsilçisi İdrakas Dadasovas çıxışları ilə başladı.

Beynəlxalq ekspertlər bank və pərakəndə satış texnologiyaları mövzusunda maraqlı və zəngin hesabatlarla yadda qaldılar. ”VTB 24 Rusiya” özünəxidmət şəbəkə qurğularının idarəsinin rəisi Vyaçeslav Çvanovun təqdimatı xüsusi maraqla qarşılandı.

Təqdimatın təməl mövzusu bu və ya digər şəkildə bank ödəmə avadanlıqlarının  istismarı təcrübələri idi.

“VTB 24 Rusiya”nıntəmsilçisi qeyd etdi ki, bu gün bank ümumi hesabla 9 mln. müştəriyə malikdir ki, bu maliyyə strukturu Rusiyada 92% ilə nağd və 8% transfer ödəmələri ilə pərakəndə bankların reyestrində ikinci sırada yer alır.

Liberty Bank-ın  prosesinq departamentinin rəhbəri Aleksandr Ketişvili və BS/2 regional meneceri Kornelius Şışla, müasir şəraitdə istehlakçıların dayanmadan artan tələbləri fonunda mürəkkəb kompleks sistemlərin asanlaşdırılmasının mümkün yolları haqqında fikirlərini bölüşdülər.

Öz növbəsində Diebold Nixdorf-un inkişaf şöbəsinin rəhbəri Stefan Okroy özünəxidmət sahəsində kompleks təhlükəsizlik haqqında fikirlərini bölüşərkən, risklərin azaldılması strategiyasında, mümkün təhlükələrə misal olaraq maraqlı qeydləri ilə yadda qaldı.











Diebold Nixdorf haqqında

Diebold Nixdorf konserni fərdi bank və pərakəndə satış müəssisələri üçün İT məhsulları istehsal edən, dünyanın ən aparıcı şirkətlərindən biridir. 

Elektron kassa sistemlərinin instalizasiya bazası (EPOS) üzrə Avropa bazarında birinci dünyada isə ikinci sırada yer alır. Bankomat servisi və istehsalı üzrə isə Avropada birinci yerdədir. Beynəlxalq müəssisə kimi, Diebold 130 ölkədə təmsil olunmaqdadır.  Eyni zamanda 42 ölkədə törəmə müəssisələrlə təmsil olunmaqdadır. Konsernin mənzil-qərargahı Norf Kenton(ABS) və Almaniyanın Padeborn şəhərində yerləşir. Həmçinin Sinqapur və Şanxay kimi iri şəhərlərdə də ofisləri vardır.

 

SERVİS

Texniki xidmət

Xidmət sisteminin tətbiq olunması və reallaşdırılması

İdarə edilən xidmətlər:

Dövri kapitalın idarə olunması

Mağaza və filialların modernləşdirilməsi

Yerli resurslar vasitəsilə qlobal çatdırılma xidmətləri

İnteqrasiya sistemləri

 

AVADANLIQLAR

Bank sferası:

- İntelektual depozit sistemləri

- Bankomatlar

- Terminallar

- Köşklər

- Pərakəndə ticarət

- Elektron kassa aparatları

- Avtomatik nəzarət

- Poçt və nəqliyyat təşkilatları

 

BS/2 Haqqında

BS/2 – Diebold Nixdorf –un 20 illik tərəfdaşı, PENKI KONTINENTAL qrupuna daxil olan, Beynəlxalq bank texnologiyaları şirkəti, bank və pərakəndə satış müəssisələri üçün proqram təminatı, özünəxidmət qurğularının işinin optimallaşdırılması həlli və bütün İT kompleksin autsorsinqi üzrə ixtisaslaşmış bir şirkətdir.

BS/2 müştəriləri arasında – Mərkəzi və Şərqi Avropanın, Asiyanın ən iri bankaları, digər maliyyə müəssisələri və pərakəndə satış şirkətləri yer alır. Şirkətin məhsulları və xidmətlərindən dünyanın 78 ölkəsi faydalanmaqdadır.

 

Təklif olunan xidmətlər:

• Proqram təminatının hazırlanması, həlli, quraşdırılması, satışı və servisi

• İT-infrastrukturun monitorinqi

• Bank avadanlıqlarının və digər avadanlıqların texniki servisi və təmiri

• Əməkdaşların təlimatlandırılması və öyrədilməsi

• Ehtiyat hissələri ilə təmin olunma

• İT xidmətlərinin autsorinqi

 

Müştərilər

• Bank və maliyyə müəssisələri

• Pərakəndə ticarət müəssisələri

• Avtomobil yanacaq doldurma stansiyaları

• Poçt xidməti

• Oyun biznesi (kazino, ippodrom və s.)

BS/2 haqqında əlavə məlumat – www.bs2.lt

Аrzu D.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment