1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


PAŞA Bank "Şəffaf vergi tərəfdaşı” adına layiq görülmüşdür
23.11.2017

Baki, FinanceTime.  Azərbaycanın aparıcı korporativ bankı - PAŞA Bank - "Şəffaf vergi tərəfdaşı" adına layiq görülmüşdür. Bu status Vergilər Nazirliyi tərəfindən iqtisadiyyatın müxtəlif sektorlarında təmsil olunan biznes fəaliyyətlərində şəffaflıq şərtlərinə riayət edən təşkilatlara verilir.

PAŞA Bankın İdarə Heyətinin sədri Taleh Kazımovun sözlərinə görə, bu ada layiq görülmək Bankın Azərbaycan bazarında və regional miqyasda şəffaf maliyyə fəaliyyətinin həyata keçirilməsinə olan sadiqliyi ilə tam uyğunluq təşkil edir.

"İqtisadi islahatların aparılması və ölkədə investisiya mühitinin cəlbediciliyinin artırılması bazarda şəffaflıq prinsiplərinə əməl etmədən mümkün olmazdı. Bu baxımdan, "Şəffaf vergi tərəfdaşlığı" aktual və vaxtında müəyyən edilmiş təşəbbüsdür və vergi ödəyiciləri ilə tənzimləyici orqanlar arasında tərəfdaşlığın möhkəmləndirilməsinə yönəlmişdir, bu isə nəticədə Azərbaycan iqtisadiyyatının potensialının artırılmasına müsbət təsir göstərir – deyə T. Kazımov fikrini yekunlaşdırdı.

Qeyd edək ki, PAŞA Bank "Şəffaf vergi tərəfdaşı" adına layiq görülmüş Azərbaycan bank seqmentinin az sayda iştirakçılarından biridir. Bu statusa layiq görülmək üçün bazar iştirakçıları bir sıra meyarlara, o cümlədən vergilərin tam və vaxtında ödənilməsi, müvafiq hesabatlılığın təmin edilməsi, gücləndirilmiş elektron imzadan istifadənin tətbiq edilməsi, mühasibatlıq uçotunun yerli və beynəlxalq standartlara uyğun aparılması kimi bu və digər şərtlərə riayət etməlidir.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment