1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Sahibkarlar üçün əməyin mühafizəsi mövzusunda təlim-seminar keçirilir
22.11.2017

Baki, FinanceTime. Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı, Beynəlxalq Əmək Təşkilatının dəstəyi ilə Bakıda “Əməyin mühafizəsi sahəsində işəgötürənlərin rolu” adlı 2 günlük təlim-seminar işə başlayıb.

Təlim-seminarın mövzusu əməyin mühafizəsi və təhlükəsiz əmək şəratinin yaradılmasında işəgötürənlərin rolu və onların əmək müfəttişləri ilə bu sahədə əməkdaşlığıdır. Təlimçi qismində BƏT-in Əməyin mühafizəsi sahəsində eksperti Valentin Mokanu çıxış edir. Tədbirin məqsədi sahibkarlıq subyektlərinin əməyin mühafizəsi sahəsində bilik və bacarıqlarının artırılması və yaxşı təcrübələrin öyrənilməsidir.

Təlim-seminarı giriş sözü ilə açan Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti bildirib ki, tələlimin məqsədi sahibkarlıq subyektlərinin əməyin mühafizəsi sahəsində bilik və bacarıqlarının artırılması və yaxşı təcrübələrin öyrənilməsidir. Vüqar Zeynalov onu da qeyd edib ki, bu sahəyə maraq çox böyükdür: "Hökumət əməyin mühafizəsi ilə bağlı çox böyük işlər görür. Amma bu təlimlərə marağın böyük olması onu göstərir ki, biz hələ də maarifləndirmə işlərini davam etdirməliyik".

Beynəlxalq Əmək Təşkilatının işəgötürənlərin fəaliyyəti üzrə baş mütəxəssisi Vladimir Kuroviç isə bildirib ki, bir sıra ölkələrdə əmək müfəttişliklərinin fəaliyyətinin qənaətbəxş deyil. "Özbəkistanda uşaq əməyinin istifadəsi ilə bağlı problemlər yaranmışdı. BƏT bu ölkədə çalışmağa başladı. Fəaliyyətin ilk vaxtlarında onlar bunu etiraf etmədilər, amma sonra həqiqəti qəbul etdilər. Sonradan bu sahədə xeyli irəliləyişə nail olduq. BƏT beynəlxalq polis deyil. Biz sadəcə insanların rifahına xidmət edəcək işlə məşğuluq".

Təlimçi qismində çıxış edən Beynəlxalq Əmək Təşkilatının Əməyin mühafizəsi sahəsində eksperti Valentin Mokanu isə deyib ki, keçmiş SSRİ ölkələrində əmək müfəttişliyi cəzaverici orqan kimi qəbul edilir: "Düşünürəm ki, müasir əmək müfəttişliyi kimya sənayesi və ekologiya sahəsində də müəyyən yoxlamalar aparmaq səlahiyyətinə sahib olmalıdırlar". Qeyd edək ki, təlim-seminarda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşları da iştirak edirlər.

Təlim zamanı iştirakçıları maraqlandıran sualları Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşları, Beynəlxalq Əmək Təşkilatının və ASK-nın rəsmi şəxsləri cavablandırıblar.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment