1 USD 1.7000   1 EUR 2.0067   1 AED 0.4628   1 ARS 0.0647   1 AUD 1.2859   1 BRL 0.4568   1 BYN 0.8470   1 CAD 1.3102   1 CHF 1.7266   100 CLP 0.2688   1 CNY 0.2658   1 CZK 0.0780   1 DKK 0.2694   1 EGP 0.0951   1 GBP 2.2768   1 GEL 0.6904   1 HKD 0.2166   100 IDR 0.0122   1 ILS 0.4729   1 INR 0.0252   100 IRR 0.0040   100 JPY 1.5426   1 KGS 0.0249   100 KRW 0.1571   1 KWD 5.6242   1 KZT 0.0051   100 LBP 0.1122   1 MDL 0.1017   1 MXN 0.0823   1 MYR 0.4266   1 NOK 0.2123   1 NZD 1.1947   1 PLN 0.4692   1 RUB 0.0272   1 SAR 0.4533   1 SDR 2.4118   1 SEK 0.1976   1 SGD 1.2726   1 TJS 0.1871   1 TMT 0.4857   1 TRY 0.3642   1 TWD 0.0568   1 UAH 0.0650   100 UZS 0.0208   1 XAG 28.9073   1 XAU 2209.0820   1 XPD 1720.5275   1 XPT 1531.1730   1 ZAR 0.1280   
           
AMB kursu / Məzənnələr

 

 

Rəşad Cümşüdov

«NİKOİL» İKB-nin İnkişaf Departamentinin Direktoru
sual vermək
cavablara baxmaq
 
Dilarə Zamanova

«AtaHolding» ASC-nin Korporativ Kommunikasiyalar şöbəsinin rəisi
sual vermək
cavablara baxmaq
 
Oruc Ibrahimov

«AtaBank» ASC-nin Marketinq və Kommunikasiyalar Departamentinin Direktoru
sual vermək
cavablara baxmaq
 
Çimnaz Qasımova

İnsan Resursları sahəsində məsləhətçi, Kouç, Təlimçi
sual vermək
cavablara baxmaq
 
Əmək Bazarı üzrə Ekspert
Kseniya Trohimets

Mərkəzi Asiya və Qafqaz reqionu üzrə marketinq kuratoru, Jobs.Day.Az hh.ru ilə birgə layihəsi
sual vermək
cavablara baxmaq
















Neft və qaz


SOCAR-ın prezidenti Rövnəq Abdullayev və BP-nin regional meneceri Qari Cons “AmCham”ın üzvləri ilə görüşüblər
17.11.2017

Baki, FinanceTime. Azərbaycanda Amerika Ticarət Palatası (“AmCham”) Bakıda öz üzvləri üçün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevin və BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qari Consun iştirakı və çıxışlarıilə müşayiət olunan aylıq işgüzar nahar təşkil edib. Diplomatik korpusun nümayəndələri də daxil olmaqla 200-dən çox iştirakçı tədbirə cəlb olunub.

Tədbirdə çıxış edən Azərbaycanda “AmCham”ın prezidenti Nurlan Kərimov və icraçı direktoru Natəvan Məmmədova qonaqları salamlayaraq işgüzar nahara əsas natiqlər qismində qoşulan Rövnəq Abdullayevə və Qari Consa öz minnətdarlıqlarını ifadə ediblər.

Öz növbəsində çıxış edən Qari Cons Azərbaycanda 2 milyard ton neftin hasil olunmasının ölkənin tarixində mühüm hadisə və şanlı səhifə olduğunu vurğulayıb.Qari Cons həmçinin BP-nin ölkədəki fəaliyyəti haqqında danışıb: “BP artıq 25 ildir ki, Azərbaycanda təhlükəsiz və səmərəli şəraitdə fəaliyyət göstərir. Biz burada çox uğurlu və etibarlı tərəfdaşlıq qurmağımızla qürur duyuruq. Bu gün həmin tərəfdaşlığın irəli apardığı tərəqqi və inkişaf möhtəşəm səviyyəyə gəlib çatıb. Bu yaxında biz Azərbaycan tərəfi ilə əsas müqaviləni 2050-ci ilə qədər uzadaraq tərəfdaşlıq münasibətlərimizdə yeni bir səhifə açdıq”.

Tədbirdə çıxışedən Rövnəq Abdullayev bu işgüzar naharı ölkə iqtisadiyyatının qabaqcıl sektorlarından biri kimi Azərbaycanın neft və qaz strategiyasına həsr etdiyinə görə “AmCham”a təşəkkürünü bildirib. O, SOCAR-ın yerli müəssisədən transmilli şirkətə çevrilməsi barədə danışaraq Dövlət Neft Şirkətinin xarici şirkətlərlə əməkdaşlığı məsələsinə toxunub, eyni zamanda, Azərbaycanın milli gəlirlərinin artırılması istiqamətində SOCAR-ın öz investisiya strategiyasını şaxələndirdiyini vurğulayıb: “Neft qiymətləri yüksək olduğuna görə neft və qaz hasilatına iri həcmli investisiyalar qoyulub. Bununla belə, SOCAR tamamilə əks mövqe tutaraq neft emalı və kimya məhsullarının istehsalına iri həcmli investisiyalar qoymaqla bərabər, öz aktivlərini şaxələndirmək qərarına gəldi. Neft qiymətləri düşən zaman biz bu qərarın sağlam məntiqə əsaslandığına daha çox əmin olduq. Biz xam neft ticarəti ilə müqayisədə kimya məhsullarının qiymətlərində daha az qiymət dəyişmələrinin şahidi olduq. Nəticə etibarilə, biz ötən illərdə neft emalı və kimya məhsullarından əvvəlki illərlə müqayisədə hətta daha böyük gəlirlər əldə etdik. Beləliklə, biz ölkəmizin sərvətinin artırılmasına töhfə vermək məqsədilə bütün dünyada müxtəlif ölkələrə investisiya qoymağa davam edəcəyik”.

Qeyd edək ki, Palatanın təşəbbüsü və təşkilatçılığı ilə hər ay təşkil olunan işgüzar naharda yüksək vəzifəli hökumət rəsmiləri, Azərbaycan Parlamentinin üzvləri və diplomatik korpusun nümayəndələri iştirak edirlər.

Azərbaycanda “AmCham” ölkədə xarici və yerli biznesin maraqlarını dəstəkləyən və təşviq edən özəl, qeyri-kommersiya əsaslı aparıcı ticarət-sənaye assosiasiyasıdır. 1996-cı ildə yaradılmış “AmCham” Azərbaycan iqtisadiyyatının hər bir sektorunda fəal olan 280-dən çox daimi və müxbir üzvlərdən ibarətdir. “AmCham” Azərbaycanda bütün xarici investisiyaların təxminən 80%-ni, eləcə də yerli investisiyaların mühüm bir hissəsini təmsil edir.





20.02.2018
Diana Kazaku
"Advision Finance" şirkətinin Eksperti


28.12.2016
Dilarə Zamanova
AtaHolding Korporativ Kommunikasiyalar şöbəsinin rəisi
10.11.2017
Qoşqar Həsənov
“AtaSığorta” şirkətinin Idarə Heyətinin Sədr Müavini


21.11.2016
Cahangir Qənizadə
“AtaTexnologiya” şirkətinin layihələr departamentinin Direktoru


18.10.2017
Samir Musayev
Bank VTB (Azərbaycan)-ın Korporativ biznesin kreditləşməsi Idarəsinin Rəisi

26.08.2016
Nikoloz Şurqaia
“Nikoyl” İKB ASC-nin İdarə Heyətinin Sədri

13.02.2017
Anar Bayramov
A-Qroup Sığorta Şirkətinin İdarə Heyətinin Sədri


17.05.2016
Yusif Ağayev
“AlfaSığorta” ASC-nin Marketinq şöbəsinin rəisi



Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment