1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


AZAL və “Boeing” yeni müasir təyyarələrin alınmasına dair saziş imzalamışdırlar
13.11.2017

Baki, FinanceTime. "Azərbaycan Hava Yolları" (AZAL) QSC və “Boeing”Korporasiyası bu gün beş “B787-8 Dreamliner” və iki B747-8F (və yaB777F) təyyarələrinin alınması barədə razılığa gəlmişdir.

Sazişi "Azərbaycan Hava Yolları" QSC-nin Prezidenti Cahangir Əsgərov və “Boeing Commercial Airplanes”ın Prezidenti və baş icraçı direktoru Kevin Makalister (Kevin McAllister) bildirmişdir. Sazişin dəyəri 1,9milyard dollar həcmində qiymətləndirilir. Təyyarələrin gətirilməsi 2019-2020-ci illərə planlaşdırılır.

Saziş ən böyük beynəlxalq aerokosmik sərgi “Dubai Airshow 2017” çərçivəsində imzalanmışdır.

"Əlavə “787 Dreamliner” təyyarələrini sifariş vermək qərarı aviaşirkətimizin imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcək - yeni təyyarələrin alınması bizə uçuşların coğrafiyasını genişləndirmək və artan sərnişin axınının öhdəsindən gəlməkdə kömək edəcək. Biz müasir sərnişin təyyarələrinin tədarükü, istismarı və xidməti sahəsində Azərbaycanın etibarlı tərəfdaşı olan “Boeing” Korporasiya ilə əməkdaşlığın genişlənməsindən məmnunuq”, -deyə AZAL QSC-nin Prezidenti Cahangir Əsgərov bildirmişdir.

"Biz "Azərbaycan Hava Yolları" aviaşirkətinin “Dreamliner” təyyarələrinə dəyişməz etimadını yüksək qiymətləndiririk”, - “Boeing Commercial Airplanes”ın Prezidenti və baş icraçı direktoru Kevin Makalisterbildirmişdir. Yeni “787 Dreamliner”təyyarələrinin ən yüksək səviyyədə səmərəliliyi və rahatlığı təmin etməsi aviaşirkətin təyyarə parkının modernləşdirilməsi üzrə planlarına uyğundur və bu, yeni marşrutlar açmağa kömək edəcək və onların qarşıdakıuzun illər ərzində uzunmüddətli uğurunu təmin edəcək".

“Azərbaycan Hava Yolları”MDB ölkələrinin aviasiya icmasının liderlərindən biridir. Aviaşirkətin ümumi marşrut şəbəkəsi 25 ölkədə 40 istiqamətdən ibarətdir. 2016-cı ildə “Azərbaycan Hava Yolları” 2 milyondan çox sərnişin daşımışdır.

AZAL ən yeni təyyarə parklarından birinə malikdir. Aviaşirkət "Boeing" Korporasiyası ilə böyük əməkdaşlıq tarixinə malikdir və hazırda "Boeing 787 Dreamliner", "Boeing 767"və"Boeing 757" təyyarələrini istismar edir. Gələn ildən etibarən Azərbaycanın milli aviadaşıyıcısının hava gəmiləri parkına müasir “Boeing-737 MAX”təyyarələri əlavə olunacaq.

"Azərbaycan Hava Yolları" həmçinin “Airbus 340”, “Airbus 320”, “Airbus 319” və “Embraer 190” təyyarələrini uğurla istismar etməyə davam edir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment