1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə ISESCO arasında Anlaşma Memorandumu imzalanıb
13.11.2017

Baki, FinanceTime. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyətinin Mərakeş Krallığına səfəri davam edir.

Səfər çərçivəsində noyabrın 10-da Dövlət Agentliyinin sədri İnam Kərimov İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri ilə görüşüb.

Görüşdə tərəflər Azərbaycan brendi kimi tanınan “ASAN xidmət” modeli və bu qabaqcıl təcrübənin İSESCO-nun üzv dövlətlərində tətbiqi məsələləri, dövlət xidmətlərinin göstərilməsində innovasiyalardan faydalanma, 21-ci əsrdə dövlət xidmətlərinin göstərilməsi sahəsində rastlaşılan çağırışlar barədə fikir mübadiləsi aparıblar.

Agentliyin sədri Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən son illər həyata keçirilən islahatlar və bu islahatların tərkib hissəsi olan “ASAN xidmət”in fəaliyyətindən bəhs edib. Həmçinin o, Dövlət Agentliyinin son illərdəki yenilikləri və uğurlu layihələri, o cümlədən tabeliyində yaradılmış “ABAD” mərkəzlərinin fəaliyyəti barədə İSESCO baş direktorunu məlumatlandırıb.

Görüşdən sonra Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı arasında Anlaşma Memorandumu imzalanıb.

Anlaşma Memorandumunun imzalanmasında məqsəd Dövlət Agentliyi və İSESCO arasında mövcud ikitərəfli əməkdaşlığı daha da gücləndirmək, İSESCO-ya üzv ölkələrdə dövlət xidmətlərinin göstərilməsi sahəsini daha da təkmilləşdirmək üçün “ASAN xidmət” modelinin tətbiqi üzrə əməkdaşlığı təşviq etdirməkdir.

Görüşdə Azərbaycanın Mərakeş Krallığındakı səfiri Tarik Əliyev və “Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumu” nun (Azinnex) üzvləri də iştirak ediblər.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment