1 USD 1.7000   1 EUR 1.9314   1 AED 0.4628   1 ARS 0.0450   1 AUD 1.2220   1 BRL 0.4370   1 BYN 0.8012   1 CAD 1.2715   1 CHF 1.7103   100 CLP 0.2494   1 CNY 0.2466   1 CZK 0.0749   1 DKK 0.2587   1 EGP 0.0947   1 GBP 2.1474   1 GEL 0.6377   1 HKD 0.2177   100 IDR 0.0117   1 ILS 0.4517   1 INR 0.0237   100 IRR 0.0040   100 JPY 1.4983   1 KGS 0.0243   100 KRW 0.1503   1 KWD 5.5887   1 KZT 0.0046   100 LBP 0.1127   1 MDL 0.0984   1 MXN 0.0836   1 MYR 0.4065   1 NOK 0.1985   1 NZD 1.1552   1 PLN 0.4489   1 RUB 0.0256   1 SAR 0.4532   1 SDR 2.3530   1 SEK 0.1875   1 SGD 1.2388   1 TJS 0.1804   1 TMT 0.4857   1 TRY 0.3176   1 TWD 0.0551   1 UAH 0.0612   100 UZS 0.0203   1 XAG 24.9690   1 XAU 2110.7114   1 XPD 2144.8049   1 XPT 1353.4976   1 ZAR 0.1194   
           
AMB kursu / Məzənnələr

 

 

Dilarə Zamanova

«AtaHolding» ASC-nin Korporativ Kommunikasiyalar şöbəsinin rəisi
sual vermək
cavablara baxmaq
 
Oruc Ibrahimov

«AtaBank» ASC-nin Marketinq və Kommunikasiyalar Departamentinin Direktoru
sual vermək
cavablara baxmaq
 
Çimnaz Qasımova

İnsan Resursları sahəsində məsləhətçi, Kouç, Təlimçi
sual vermək
cavablara baxmaq
 
Əmək Bazarı üzrə Ekspert
Kseniya Trohimets

Mərkəzi Asiya və Qafqaz reqionu üzrə marketinq kuratoru, Jobs.Day.Az hh.ru ilə birgə layihəsi
sual vermək
cavablara baxmaq
















Dünya xəbərləri


“Kaspersky Lab”: Şirkətlərdə baş verən kibermünaqişələrin yarısı insan faktoru ilə bağlıdır
10.11.2017

Bu ilin yanvar-oktyabr aylarında “Kaspersky Lab” həlləri Azərbaycan müəssisələrindəki 5 435 kompüterə zərərli proqram təminatı tərəfindənolan hücumları dəf edib. Ümumi kiberhücum cəhdlərinin sayı isə 286 525-ə çatır. İstənilən şirkətdə baş verən kiberinsidentlərin və bununla əlaqədar yaranan məlumat sızıntısının əsas səbəbi insan faktorunun mövcudluğu və kompüter təhlükələrinin zamanında aşkarlanması üçün lazımi biliklərin olmamasıdır. Araşdırma göstərib ki, müəssisələrdə kompüter qəzalarının demək olar yarısı (46%) əməkdaşların diqqətsizliyi ucbatından əmələ gələn məlumat sızıntısına görə baş verib. Bu da insan faktorunu informasiya təhlükəsizliyi sahəsində baş verən qəzaların zərərli proqram təminatı ilə yoluxmadan sonra ikinci ən geniş yayılmış səbəbinə çevririr.

Sözügedən araşdırma onu da göstərib ki, şirkətlər kibertəhlükələrdən qorunma sistemində insan faktorunun  nə qədər əhəmiyyətli olduğunu anlamağa başlayıblar. Məsələn, sorğuda iştirak edən təşkilatların 52%-i təhlükəsizlik sistemlərindəki ən böyük boşluğun əməkdaşların diqqətsiz hərəkətləri olduğunu bildirib. Respondentlərin 1/3 hissəsindən çoxu isə (35%) bildirib ki, yaxın müddətdə işçilər üçün kibertəhlükəsizlik sahəsində təlimlər keçirməyi planlaşdırırlar.

Şirkətlərin kibertəhlükələrlə üzləşmə riskini azaltmaq üçün məhz insanların informasiya təhlükəsizliyi sahəsində təlimatlandırılması və kompüter savadlılığının artırılması gərəkdir. Bu məqsədlə “Kaspersky Lab” şirkəti informasiya təhlükəsizliyi sahəsində korporativ mədəniyyətin yaradılmasına yönəlmiş interaktiv təlimləri özündə birləşdirən “Kaspersky Cybersecurity Awareness” adlı şirkət işçilərinin kibertəhlükələrə qarşı məlumatlılığının artırılmasına yönəlmiş proqram buraxıb. İnternetdə təhlükələrin tanınması üçün biliklərin ötürülməsi işgüzar kompüter oyunları formatında keçirilir və istifadəçilərin gündəlik iş həyatında qarşılaşa biləcəkləri real situasiyalar üzərində qurulur. Proqram işçilərin kateqoriyalarından asılı olaraq müxtəlif yanaşmalara nəzər salır və mütəxəssislərdən başlayaraq top menecmentə qədər olan bütün təşkilati strukturu əhatə edir.

Departamentləri idarə edən top menecerlər üçün “Kaspersky Interactive Protection Simulation” işgüzar oyunu yaradılıb. Təlim iştirakçıları mərhələli strateji rol oyunu formatında artmaqda olan kibertəhlükələrin fonunda biznesləri effektiv idarəetmənin üsullarını öyrənirlər. Tapşırıqlara əsasən, təşkilatın təhlükəsizliyinin hansı yollarla təmin etmək, buna ayrılan büdcə, təhlükənin neytrallaşdırılması və biznes-proseslərin davamlılığını təmin etmək üçün qərarların verilməsi daxildir. Şirkətin fəaliyyət istiqamətindən asılı olaraq, dörd növ ssenari mümkündür: maliyyə və ya sənaye sektoru, elektron hökümət xidmətləri və korporasiyalar.

“CyberSafety Management Games” oyun təlimləri isə öz növbəsində birbaşa xətt menecerlərinin kibertəhlükələrlə bağlı məlumatlılığını artırmaq üçün nəzərdə tutulub. Məşğələlərin əsas məqsədi – orta vəzifədə olan menecerləri aktual təhlükələrlə tanış etmək, istifadəçilərin təhlükəli hərəkətlərini aşkar etmək, onlara iş şəraitində informasiya təhlükəsizliyi sahəsində mümkün ssenariləri təhlil etmək və kibertəhlükələrə qarşı praktiki tövsiyələr verməyi öyrətməkdir.

Kibertəhlükəsizlik sahəsində təlim platforması şirkətin bütün işçiləri üçün nəzərdə tutulub və interaktiv onlayn təlimlər formatında qurulub.

“İnformasiya təhlükəsizliyi ilə bağlı risklərin işçilər tərəfindən anlaşılması korporativ kibermüdafiə strategiyasının əsas hissəsidir, məhz buna görə də personalın təlimatlandırılmasına xüsusi diqqət ayırmaq lazımdır. Bununla yanaşı, bu məqsədlə təşkil olunan təlimlər heç kəsin maraq göstərmədiyi və iştirakçıların öyrəndiklərini işdə tətbiq etmək həvəsi olmayan standart məcburi xarakter daşımamalıdır. Bizim təlimə olan yanaşmamız standart praktikalardan fərqlidir. Əlbəttə, biz bildiyimiz maksimum məlumatları əməkdaşlara çatdırmağa çalışırıq, lakin bununla belə, biz psixoloji faktoru nəzərə alırıq və insan üçün maraqlı və cəlbedici kollektiv treninqlər formatlarından istifadə edirik. Eyni zamanda, biz anlayırıq ki, əməkdaşların tutduğu vəzifə, fəaliyyət sahəsi və səlahiyyətdən asılı olaraq kibertəhlükəsizliklə bağlı təlimlərə olan tələbatı və gözləntiləri fərqlənir. Məhz buna görə bizim proqramda təlimlərin təşkili üzrə müxtəlif səbiyyələr və formatlar nəzərdə tutulub”, - deyə “Kaspersky Lab” şirkətinin Azərbaycanda rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirib.

*”Biznesin informasiya təhlükəsizliyi” adlı araşdırma 2017-ci ildə “Kaspersky Lab”ın sifarişi ilə “B2B International” şirkəti tərəfindən aparılıb. Sorğuda 30 ölkədən olan 5 274 nəfər biznes təmsilçisi iştirak edib.

 





06.11.2018
Rövşən Allahverdiyev
Kapital Bank-ın İdarə Heyətinin sədri


18.10.2017
Samir Musayev
Bank VTB (Azərbaycan)-ın Korporativ biznesin kreditləşməsi Idarəsinin Rəisi
18.09.2018
Qoşqar Həsənov
“AtaSığorta” şirkətinin Idarə Heyətinin Sədr Müavini


13.02.2017
Anar Bayramov
A-Qroup Sığorta Şirkətinin İdarə Heyətinin Sədri


20.02.2018
Diana Kazaku
"Advision Finance" şirkətinin Eksperti


28.12.2016
Dilarə Zamanova
AtaHolding Korporativ Kommunikasiyalar şöbəsinin rəisi

10.11.2017
Qoşqar Həsənov
“AtaSığorta” şirkətinin Idarə Heyətinin Sədr Müavini


21.11.2016
Cahangir Qənizadə
“AtaTexnologiya” şirkətinin layihələr departamentinin Direktoru



Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment