1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


AGBank 25 illik yubileyini qeyd edir
10.11.2017

Ölkənin aparıcı banklarından biri olan AGBank noyabrın 9-da 25 illik yubileyini qeyd edir.

Baki, FinanceTime.  1992-ci ildən fəaliyyətə başlayan AGBank bu illər ərzində müştərilərinin etimad və etibarını qazanıb. 4 nəfər işçi heyəti ilə ilk addımlarını atan AGBankda hal-hazırda 603 nəfərdən ibarət peşəkar işçi kollektivi çalışır. 1992-ci ildə 218 müştəri portfelinə sahib olan bankda hazırki müştəri sayı 320 000 dən artıqdır. Hər zaman müştəri məmnuniyyətinə üstünlük verən bank bir çox innovativ xidmət və yenilikləri ilə seçilib. Hazırda AGBank tam həcmdə bütün bank xidmətlərini göstərir. Bankın əsas məqsədi müştərilərə yüksək səviyyədə xidmət göstərmək və bank bazarında liderliyi əldə etməkdən ibarətdir.

Əsas fəaliyyət istiqaməti Azərbaycan Respublikasının istehsal və ticarət sektorlarının maliyyələşdirilməsinə yönələn AGBank Azərbaycan bank sektorunda özünəməxsus yerə sahibdir. Azərbaycanda fəaliyyət göstərən banklar arasında məcmu kapital göstəricisənə görə ilk onluqda qərarlaşıb.

15 sentyabr 1993-cü ildən etibarən Bakı Fond Birjasının fəal iştirakçısı olan bank 1997-ci ilin may ayından başlayaraq Avropa Birliyinin Partner Fondunun RARP-1 proqramı çərçivəsində aqrarsənaye layihələrinin maliyyələşdirilməsinə başlayan ilk bank olub. AGBank beynəlxalq və xarici maliyyə təsisatları ilə də əməkdaşlıq edir və bu əməkdaşlığın əsas istiqamətlərindən biri müxtəlif sahibkarlığa kredit proqramları və ticarət maliyyələşməsinin həyata keçirilməsidir. Tərəfdaşlar arasında Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB), Beynəlxalq İnkişaf naminə OPEK Fondu (BİF OPEK), Rayfayzen Bank, Asiya İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Commerzbank AG, Alman-Azərbaycan Fondu (AAF), LBBW, UniKredit kimi maliyyə təşkilatlarını qeyd etmək olar. Bank ABŞ, Almaniya, Niderland, Rusiya, Belçika və digər ölkələrin banklarında iri həcmli müxbir hesablar şəbəkəsinə, Fransa, İsrail, Avstriya, BƏƏ, Türkiyə, Latviya və digər ölkələrdə isə müxbir əlaqələr şəbəkəsinə malikdir. Sahibkarlıq və ipoteka kreditləri üzrə dövlət proqramlarında fəal iştirak edərək, AGBank Milli Sahibkarlığa Yardım Fondu və Azərbaycanın İpoteka Fondu ilə əməkdaşlıq edir. Banklar arasında liderliyi qoruyub saxlayan AGBank-ın hazırki ümumi ipoteka kredit portfeli 56,3 mln. manat təşkil edir. Bu günədək bank tərəfindən adi və sosial şərtlərlə 1800-dən artıq ipoteka

kreditləri verilib və hazırda bankda 1600 aktiv kredit mövcuddur. AGBank tərəfindən yenilənmiş ipoteka şərtləri əsasında artıq 11.3 mln. manat əbləğində ipoteka krediti verilib.

AGBank “MasterCard International” və “VISA International” beynəlxalq ödəmə sistemlərin mühüm üzvüdür. O, həmçinin Western Union, Contact, Blizko, Lider, UPT, Zolotaya Korona, İBA-EXPRESS kimi təcili pul köçürmələri sisteminə qoşulub. Eyni zamanda, Bank SWIFT ödəmə sisteminin iştirakçısıdır.

Azərbaycan iqtisadiyyatının dinamik inkişafı şəraitində, AGBank bank məhsulları, xidmətləri və yüksək texnologiyaların inkişafı üçün əlindən gələni edir. 2004-cü ilin iyun ayında AGBankın yeni ekskluviz məhsulunun – AGClub-ın təqdimetmə mərasimi keçirildi. AGClub məhsulunun nəinki Azərbaycanda, hətta bütün dünyada belə analoqu yoxdur. 2006-cı ilin iyul ayından AGBank plastik kartlar bazarında Azərbaycanda ilk dəfə olaraq, Magellan bonus kartının buraxılışına başladı. Bu kart özündə MasterCard -ın bütün müsbət xüsusiyyətləri ilə yanaşı bonus sistemini tətbiq etmişdir. Bank yarandığı tarixdən etibarən 400 000 dən artıq kart istifadəçisinə xidmət göstərmişdir.

05 may 2014-cü il tarixindən etibarən AGBank ASC "İnternet Bank xidməti"ni müştərilərinin istifadəsinə verib. Azərbaycanda fəaliyyət göstərən banklar arasında AGBank “İnternet Bankinq” xidmətinin təhlükəsizliyinə görə High-Tech Bridge və Qualys beynəlxalq İT araşdırma şirkəti tərəfindən A+ dərəcəsinə layiq görülmüşdür. Təhlükəsizliyi öndə tutan AGBank, bu sahədə ən müasir və güvənli Vasco Token qurğusunu tətbiq edir. Daimi yenilənən funksiyalar, sadə və rahat interface, müasir dizayn və naviqasiya ilə təmin edilmiş bütün mövcud əməliyyatlar sayəsində istifadəçilər banka yaxınlaşmadan lazımi əməliyyatları daha sürətli icra etməklə yanaşı, bütün mühüm məlumatları əldə edə bilərlər. Məsafəli bank xidmətlərinin inkişafı AGBank-ın əsas prioritetlərindən biridir. Xidmətlərin siyahısı hər zaman yenilənir və funksionallığı genişləndirilir – hər şey müştərilərin rahatlığı üçün!

Ölkəmizdə maliyyə sektorunun aparıcı isimlərindən olan AGBank fəaliyyəti dövründə daim korporativ sosial məsuliyyət layihələrinə önəm verib. İndiyədək bankın təşəbbüsü və dəstəyi ilə uşaqlar və gənclərə yönəlik xeyli sayda sosial layihələr həyata keçirilib. Belə ki, AGBank tərəfindən uşaqlar arasında şahmat turniri, digər idman yarışmaları təşkil olunub. Gənclərin bilik və bacarıqlarının inkişafına xüsusi önəm verən AGBankın dəstəyi ilə tələbələr üçün çoxsaylı təlimlər, mübadilə proqramları təşkil olunub. Məhz bu sahədəki fəaliyyətinə görə "Gənclərə

ən çox dəstək göstərən biznes təşkilatı" kimi AGBank "Fəxri gənc" mükafatına layiq görülüb. Bundan əlavə, AGBank- ın dəstəyi ilə “Bakı sirləri” kitabı çap olunub, proqramın 22 bölməsi DVD formasında buraxılıb və eləcə də eyni adlı proqram İctimai TV-də efir üzü görüb. "Bakı sirləri" ən yaxşı mədəniyyət proqramı kimi bir çox mükafatlara layiq görülüb, veriliş MDB məkanında ən yaxşı proqram kimi qiymətləndirilərək "Briliyant həmrəylik" ödülünü qazanıb. Ümumiyyətlə, bankın dəstəyi ilə mədəniyyət, incəsənət və idman sahələrinin inkişafına yönələn müxtəlif layihələr reallaşdırılıb.

Ölkəmizi beynəlxalq konfranslarda və müxtəlif tədbirlərdə fəal şəkildə təmsil edən bank bir sıra nüfuzlu mükafatlara da layiq görülüb. Şirkətin mükafatları sırasında Commerzbank AG tərəfindən «STP Award 2011 Excellent Quality», EBRD tərəfindən “Most Active Trade Finance Bank in Azerbaijan, 2006», «Most Active İssuing Bank in Azerbaijan, 2007», «Caspian Energy Award 2005»,«Uğur 2006 » yer alır.

Bankın mühüm prioritetlərindən biri fəaliyyət coğrafiyasının və hazırda 18 filial, 1 şöbə və Bakı, Sumqayıt, Gəncə, Yevlax, Ağdaş, Şamaxı, Şirvan və Salyanda yerləşən 71 bankomat, 5664 POS terminaldan ibarət müştəriyə xidmət şəbəkəsinin genişləndirilməsidir.

25 illik yubileyini qeyd edən bank bundan sonra da ölkənin nüfuzlu və aparıcı bankı adını qoruyub saxlayacaq! AGBank-Zəngin olmaq haqqınızdır!

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment