1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Fond birjası


“Listinq Məsləhət Proqramı” üzrə Əməkdaşlıq haqqında Sazişə yeni tərəfdaş qoşulmuşdur
08.11.2017

Baki, FinanceTime.    BFB-nin Azərbaycan kapital bazarlarından maliyyələşməyə dəstək və yerli kapital bazarlarının təşviqinə yönəlmiş– “Listinq Məsləhət Proqramı” üzrə əməkdaşlıq haqqında Kollektiv Sazişə yeni tərəfdaş olaraq audit və konsaltinq xidmətləri göstərən “Grant Thornton International” (GTI) Azərbaycan şirkəti qoşulmuşdur.

Bununla əlaqədar olaraq, 27 Oktyabr 2017-ci il tarixində Bakı Fond Birjasının İdarə Heyəti sədri Vüqar Namazov və GTI-nin Azərbaycan şirkətinin idarəedici partnyoru  Farouk Mohamed tərəfindən “Listinq Məsləhət Proqramı” -na qoşulma haqqında saziş imzalanmışdır.

Əməkdaşlıq haqqında Sazişə əsasən GTI şirkəti,  BFB-yə müraciət etmiş Emitentlərə kapital bazarından maliyyələşmə istiqamətində ödənişsiz tövsiyyə və  təlim xidmətlərinin təqdim edilməsi və birgə əməkdaşlıq çərçivəsində müxtəlif tədbirlərin təşkili nəzərdə tutulur.

Qeyd edək ki, Listinq Məsləhət Proqramı Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq olunmuş  Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi çərçivəsində Maliyyə Bazarlarına Nəzarət Palatasının dəstəyi və Bakı Fond Birjasının müvafiq strategiyasına uyğun həyata keçirilir.

BFB-nin Listinq Məsləhət Proqramının məqsədi kapital bazarı vasitəsi ilə şirkətlərə dayanıqlı maliyyələşməyə dəstək göstərmək və Azərbaycan kapital bazarlarını təşviq etməkdir.

LAP çərçivəsində, şirkətlərə kapital bazarlarından effektiv maliyyələşmənin təmin edilməsi istiqamətində maliyyə, audit, hüquq, investisiya, ictimaiyyətlə əlaqələr üzrə zəruri dəstəkləyici xidmətlər təqdim edilir. BFB-nin LAP layihəsi üzrə tərəfdaşları ölkənin audit, investisiya, hüquq, ictimaiyyətlə əlaqələr sahələri üzrə ixtisaslaşmış qabaqcıl şirkətləridir.

LAP xidmətlərindən istifadə etmək üçün Azərbaycanda fəaliyyət göstərən istənilən yerli şirkət BFB-yə müraciət edə bilər. LMP çərçivəsində göstərilən xidmətlərdən istifadə ödənişsizdir.

 “Grant Thornton International”şirkəti dünyanın aparıcı mühasibat və konsaltinq təşkilatlarından biridir. Bu cür təşkilatlar özəl biznes qurumlarını və ictimai əhəmiyyətli qurumlara maliyyə rəyi, vergi və mütəxəssis məsləhəti xidmətləri göstərir. Şirkətin üzv və müxbir firmaları ilə 120-dən çox ölkədə 35000-dən çox işçi heyəti ilə birlikdə yüksək keyfiyyətli və fərdi xidmətlər göstərir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment