1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“AtaTravel” MMC turizm sahəsində PR-ın təşkilinə dair seminar keçirəcək
06.11.2017

Baki, FinanceTime. 14 noyabr 2017-ci il tarixində “Excelsior Hotel& Spa Baku” otelinin “Dəhnə” zalında “AtaTravel” MMC-nin dəstəyi ilə turizm ixtisası üzrə təhsil alan tələbələr üçün turizmdə PR-ın təşkili və əhəmiyyəti mövzusunda seminar keçiriləcək. Təlimçilər “Alibayov Consulting” şirkətinin rəhbəri, Avropa İctimaiyyətlə Əlaqələr İnstitutunun eksperti Vəli Əlibəyovvə "AtaHolding"-in Korporativ Kommunikasiyalar şöbəsinin rəisi Dilarə Zamanovaiştirakçılara turizm sahəsində PR fəaliyyətinin təşkili, əhəmiyyəti, turizmin müxtəlif məsələləri ilə bağlı ictimai rəyin düzgün formalaşdırılması üsulları, turoperatorlarla müştərilər arasında xeyirxah münasibətlərin qurulması yolları öyrədiləcək, həmçinin bu sahədə yeni kommunikasiya texnologiyalarından istifadə vərdişləri aşılanacaq. Təlim zamanı həmçinin Azərbaycan üçün yeni olan Qeobrendinq barədə də məlumat veriləcək. Təlimin yekununda iştirakçılarasertifikatlar təqdim ediləcək. Təlimdə iştirak etmək istəyən tələbələr dilara.zamanova@gmail.com ünvanına CV göndərə bilərlər.

Qeyd edək ki, tədbir turizm ixtisasları üzrə təhsil alan tələbələrin bilik və bacarıqlarını, yeni dövrün tələblərinə cavab verən kommunikasiya vərdişlərini artırmaq, həmçinin, Azərbaycan turizminin inkişafına töhfə vermək məqsədilə keçirilir.

Məlumat üçün bildirək ki, “AtaHolding” Şirkətlər Qrupunun turizm sektorunda  “AtaTravel” MMC, “AtaTurizm” və “Excelsior Hotel & Spa Baku”  oteli fəaliyyət göstərir.  “AtaTravel” MMC  turizm agentliyi dünyanın istənilən yerinə səyahət xidmətləri təklif edir. Şirkət  öz müştərilərini otel, uçuşlar, köçürmələr, əvvəlcədən sifariş, sığorta və viza ilə əlaqədar xidmətlərlər göstərir.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment