1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Azərbaycan Beynəlxalq Bankı nağd pul krediti şərtlərini asanlaşdırdı
06.11.2017

Baki, FinanceTime. Kredit məhsullarının müştərilər üçün əlçatan olmasına çalışan Azərbaycan Beynəlxalq Bankı bu istiqamətdə daha bir addım atıb. Bank özünün əmək haqqı və pensiya kartı sahiblərinə təqdim etdiyi nağd pul kreditinin şərtlərini xeyli asanlaşdırıb. Belə ki, kreditin faizi azaldılıb, illik faiz dərəcəsi indi 25%-dən başlanır. Müştərilərə 5000 manata qədər krediti bankdan zaminsiz almaq imkanı yaradılıb, eyni zamanda, kreditin müddəti də artırılıb. Bankın maksimum 15000 manata qədər məbləğdə təklif etdiyi nağd pul kreditini indi müştərilər36 ay müddətədək ala bilər. Ödənişlərə gəlincə, müştəri məsələn, bankdan 36 ay müddətinə, 1000 manat məbləğində kredit aldıqda ayda cəmi 40 manat,3000 manat aldıqda 120 manat, 5000 manat aldıqda isə 199 manat ödəyəcək.

Müxtəlif ehtiyacların qarşılanması üçün nəzərdə tutulmuş nağd pul kreditini Azərbaycan Beynəlxalq Bankının bütün filiallarından almaq olar. Bunun üçün sadəcə şəxsiyyət vəsiqəsi, eləcə də bankın əmək haqqı, yaxud pensiya kartı ilə filiallara yaxınlaşmaq kifayətdir. Kredit rəsmiləşdirilən zaman müştəri Avtoödəmə sisteminə qoşulmaqla aylıq kredit borclarının ödənişini banka gəlmədən rahat bir şəkildə həyata keçirə bilər.

Ölkəmizin müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment