1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Bank VTB (Azərbaycan) “RUSİYA ÇAĞIRIR!” investisiya forumunda iştirak edib
03.11.2017

Baki, FinanceTime. 24-26 oktyabr 2017-ci il tarixində Moskvada VTB Kapitalın “RUSİYA ÇAĞIRIR!”illik investisiya forumu keçirilib. Tədbirdə 2500-dən çox qonaq, o cümlədən dövlət nümayəndələri, investorlar, aparıcı qlobal korporasiyaların rəhbərləri iştirak edib.

“RUSİYA ÇAĞIRIR!” investisiya forumu 2009-cu ildən etibarən keçirilir. Forum, Rusiya biznesi ilə beynəlxalq investorlar arasında effektiv əməkdaşlığın inkişafına kömək edərək yerli iqtisadiyyata portfel və strateji sərmayə cəlb edən aparıcı tədbirdir. Forumun proqramı Rusiya hökumət nümayəndələrinin, iri beynəlxalq təşkilatların və Rusiya şirkət rəhbərlərinin iştirakı ilə keçirilən plenar sessiya və bir sıra panel müzakirələrdən ibarətdir.

VTB (Azərbaycan)-ı builki forumda bankın idarə heyətinin sədri Yevgeni Kirin təmsil edib. Bankın təşəbbüsü ilə forumda həmçinin 3 iri Azərbaycan şirkətinin - AS Group, ISR Holdingvə Karat Holdingin nümayəndələri iştirak edib.

“Bu növ tədbirlər müxtəlif bazarların nümayəndələri, xüsusilə də Rusiya şirkətləri ilə birbaşa dialoq qurmaq baxımdan çox önəmlidir. Biz, potensial tərəfdaşlarla effektiv kommunikasiya qurmağa təkan verən belə yüksək səviyyəli forumda iştirak etmək imkanı yaratdığı üçün VTB (Azərbaycan)-a öz təşəkkürümüzü bildiririk”- deyə, AS Group şirkətin baş təsisçisi Şahin Mövsümov qeyd edib.

“RUSİYA ÇAĞIRIR” investisiya forumu beynəlxalq səviyyəli aparıcı tədbirlərdən biridir. Azərbaycan şirkətləri üçün bu forumda iştirak etmək həm Rusiya şirkətləri ilə, həmçinin də digər ölkələrdən olan potensial tərəfdaşlarla işgüzar əlaqələrin genişləndirilməsi baxımından çox əhəmiyyətlidir. Biz şirkətlər üçün belə imkan yaratdığımız üçün çox məmnunuq” – deyə, bank VTB (Azərbaycan)-ın idarə heyətinin sədri Yevgeni Kirin bildirib.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment