1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Azərbaycan vətəndaşlarının “Uber”dən ən çox istifadə etdiyi ölkələrin siyahısı dərc olunub
01.11.2017

Baki, FinanceTime. Şəhər üzrə avtomobil sifarişi üçün mobil tətbiq hazırlayan “Uber” beynəlxalq texnologiya şirkətiAzərbaycandan olan turistlərin ən çox Uber xidmətindən istifadə etdiyi ölkələrin reytinqini dərc edib.Maraqlısı odur ki, “Uber”in təklif etdiyi opsiyalar şəhərdən şəhərə asılı olaraq fərqlənə bilər.

“Uber”in reytinqində birinci yerdə Rusiya qərarlaşıb. Xatırladaq ki, Moskvada istifadəçilər “UberKIDS” (uşaq üçün oturacağı olan avtomobil sifarişi) opsiyasından, həmçinin “UberEATS” yemək çatdırılma xidmətindən yararlana bilər.

ABŞ siyahının ikinci yerindədir. Amerikaya gedib, “Uber”dən istifadə etməmək, demək olar ki, mümkün deyil. Xüsusən ona görə ki, “UberPOOL” servisi az bir qiymətə birgə gediş etmək imkanı verir. İstifadəçi şəhər üzrə rahat hərəkət edib, “Uber” qonşuları ilə ünsiyyət qurub, yerli sakindən harada səhər yeməyi yemək və ya nahar etmək daha yaxşıdır kimi tövsiyə ala bilər.

Siyahının üçüncü pilləsində yer alan Ukraynada, daha doğrusu Kiyevdə, rahatlıq və komforta qiymət verən istifadəçilər üçün nəzərdə tutulmuş “UberBLACK” premium servisi istifadəyə verilib.

Şəhər üzrə böyük kompaniya ilə hərəkət etmək istəyənlər üçün isə reytinqin dördüncü yerində qərarlaşan Türkiyədə – İstanbulda – “UberSUV” opsiyası əlçatandır.

Siyahını Böyük Britaniya tamamlayır: Londonda “uberXL” opsiyası mövcuddurki, bu da çoxlu sayda dost və qohumları ilə səyahət edənlər və ya şopinqdən sonra yüklü olanlar üçün olduqca rahatdır.

Qeyd edək ki, Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu ilin ilk yarısında turizm agentlikləri və turoperatorlar vasitəsilə xaricə səyahət edən Azərbaycan vətəndaşlarının sayı 20 min təşkil edib.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment