1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Aura” Sağlamlıq Mərkəzi tətbiq etdiyi güzəştlər, yeniliklər və yüksək xidmət baxımından fərqlənir
31.10.2017

Baki, FinanceTime.  “Aura” Sağlamlıq Mərkəzində bütün qrup əzələləri möhkəmləndirmək üçün 50-dən artıq müasir trenajor, ürək əzələlərini möhkəmləndirmək və artıq çəkidən azad olmaq üçün kardiotrenajorlar, böyüklər və uşaqlar üçün açıq və qapalı hovuzlar, açıq tennis kortu,  skvoş kortu, tennis kortu,  günəş terrası və yay bağı yerləşir. Qapalı hovuzun uzunluğu  25 metr , dərinliyi isə 1.70 metrdir.

İkinci mərtəbədə yerləşən fitness zalının  pəncərələri hovuza baxır. Bu isə müştərilərə intensiv və effektli məşq etmək üçün daha çox enerji verir. Mərkəzə gələnlərə dəsmallar, nəleyinlər, xələtlər, həmçinin kosmetik vasitələr verilir. Spa-otaqlarda massajın müxtəlif növləri təklif edilir.

 “Aura”  Sağlamlıq mərkəzində peşəkar məşqçilər  tərəfindən yoqa,  pilates,  aerobika,  boks,  tennis, skvoş və  üzgüçülük  dərsləri keçirilir.  Son zamanlar geniş populyarlıq qazanmaqda olan pilates  bədənin əzələlərini möhkəmləndirir, çevikliyi artırır və orqanizmin ümumi fiziki durumunu yaxşılaşdırır. Sağlam həyat tərzi keçirən insanlarda idmanın bu növünə maraq getdikcə artmaqdadır. Fitnes boksu son dövrlərdə olduqca böyük populyarlıq qazanıb. Təcrübə göstərir ki, sağlam və güclü olmaq istəyənlər üçün fitnes boksu olduqca əlverişli idman növüdür. Bu idman növü ümumilkdə bədənin gücünü və sürətini artırır, aerobik hərəkətliliyi də ehtiva etməklə, artıq kalorinin yandırılmasını təmin edir və güclü əzələ sistemi yaradır. Bundan başqa, məşqlər zamanı əzələ və oynaq zədələnməsi riskləri olmur. Fitnes boksu güclü fiziki və ruhi sağlamlığın vəhdətinə şərait yaradan ən münasib idman növlərindən biridir. 

Hazırda, mərkəzdə müxtəlif endirim aksiyaları keçirilir.Aksiyalardan biri qadınlar və uşaqlar üçün nəzərdə tutulub və qiymət baxımından çox sərfəlidir.  Qadınlar üçün  həftənin 5 günü  səhər saat 10:00-dan axşam saat 17:00-ə qədər vaxtı əhatə edən müddətdə “Aura” Sağlamlıq mərkəzindən istifadə etməsinin bir aylıq abunə qiyməti 175 AZN, 3 aylıq abunə qiyməti 500 AZN, 6 aylıq abunə qiyməti 750 AZN və 1 illik abunə qiyməti 1175 AZN təşkil edir.
 “Aura” Sağlamlıq mərkəzinin üzvləri 5 yaşına qədər uşağı özləri ilə gətirə bilərlər. 

Şənbə və bazar günləri də daxil olmaqla qonaqların “Aura”  Sağlamlıq mərkəzinə rahat gəlib-getməsi üçün 17 nəfərlik “Mercedes” sprinter markalı mikroavtobus səhər saat 08.30-dan 22.00-a qədər qonaqların xidmətindədir. 
“Excelsior Hotel Baku” otelinin qarşısından qonaqları “Park Bulvar”a və ilk turu səhər 09.00-dan başlayaraq hər saatda “Park Bulvar”ın qarşısından “Excelsior Hotel Baku” otelinə aparır.  Xidmət ödənişsizdir, otelin xidmətlərindən istifadə etmək istəyən qonaqların rahatlığı üçün nəzərdə tutulub. 

“Aura” Sağlamlıq Mərkəzi  səhər saat 6-dan axşam saat 22.00-a qədər fəaliyyət göstərir.  Oteldə maşın üçün parkinq çox əlverişli və rahatdır.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment