1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


“AtaSığorta” ASC qanvermə aksiyası keçirib
31.10.2017

Baki, FinanceTime.  Məlum olduğu kimi ölkəmizdə talassemiyalı və digər qan qrupu xəstələrinin donor qanına böyük ehtiyacı vardır. “AtaSığorta” ASC donor qanına olan ehtiyacın təmin edilməsi məqsədilə Azərbaycan Talassemiya Federasiyası ilə birlikdə qanvermə aksiyası keçirib. Qanvermə aksiyası Zərifə Əliyeva küçəsi ünvanında yerləşən “AtaSığorta” ASC-nin baş ofisində təşkil olunub.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi “Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı” Dövlət Proqramına uyğun olaraq “AtaSığorta” ASC, “Synergy Qroup” ASC və bir sıra şirkətlərin əməkdaşları yüksək həvəslə iştirak edərək qana ehtiyacı olan insanların köməyinə çatmaq üçün bu nəcib və humanist xarakterli aksiyaya qoşulublar.

“AtaHolding” şirkətlər qrupuna daxil olan “AtaSığorta” ASC 2004-cü ildən fəaliyyət göstərir. Şirkət 12,4 milyon manat nizamnamə kapitalına malik olmaqla, 28 sığorta növü - 24 könüllü növ və 4 icbari sığorta növü üzrə müştərilərə xidmətlər göstərir. Həmçinin, təkrarsığorta fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyaya malikdir. İcbari sığorta Bürosunun təsisçisi və iştirakçısıdır. Bütövlükdə, “AtaSığorta” ASC-nin xidmət şəbəkəsinə satışlar üzrə 95 filial, nümayəndəlik və satış üzrə ofislər daxildir.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment