1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Microsoft” Azərbaycandakı tərəfdaşları və sifarişçilərinə ən yeni cihazlarını təqdim edib
30.10.2017

“Microsoft Azerbaijan”ın 180-ə yaxın tərəfdaş və sifarişçi şirkətlərinin nümayəndələri ikigünlük “Microsoft Device Days” (“Cihaz Günləri”) tədbirinin iştirakçısı olublar. Tədbir çərçivəsində iştirakçılara “Windows 10” əməliyyat sistemi üzərində işləyən ən yeni cihaz təqdim olunub.

Baki, FinanceTime.  “Microsoft Azerbaijan” şirkəti Bakıda tərəfdaş və sifarişçiləri üçün təşkil etdiyi ikigünlük “Device Days” tədbiri çərçivəsində “Windows 10” əməliyyat sistemi üzərində işləyən ən yeni cihazları təqdim edib.

Tədbir iştirakçılarını giriş sözü ilə salamlayan “Microsoft Azerbaijan” şirkətinin baş direktoru Sərxan Həşimov müasir dövrümüzdə məlumat təhlükəsizliyinin təmin edilməsinin əhəmiyyətini vurğulayıb, bulud texnologiyalarının bu sahədə yaratdığı yeni cərəyanlar və “Microsoft” korporasiyasının təqdim etdiyi xidmətlərin informasiya təhlükəsizliyi sahəsinə verdiyi töhfələrindən danışıb, həmçinin sabahkı gündə əmin olmaq üçün hər kəsi yeni texnologiyaları artıq bu gün tədqiq etməyə çağırıb.

“Tərəfdaşlıq ölkəmizdə kiçik və orta biznesin inkişafı üçün əlverişli imkanlar yaradır və məhz bu, “Microsoft”un Azərbaycan bazarında prioritet istiqamətlərindən biridir. Bunula yanaşı, biz dövlət və kommersiya təşkilatları ilə əməkdaşlığımızı gücləndirəcəyik və ölkədə innovativ iqtisadiyyatın inkişafına öz töhfəmizi verməkdə davam edəcəyik. İstehlakçılara gəldikdə isə onu demək istərdim ki, bütün ölkələrdə bazar demək olar eyni olduğu halda, istehlakçılar olduqca fərqlənir – bizim alıcı lisenziyalaşdırılmış məhsulların əhəmiyyətini hələ tam anlamır”, - deyə Sərxan Həşimov qeyd edib.

Öz növbəsində tədbirdə çıxış edən “Microsoft Russia” şirkətinin kommunikasiya üzrə meneceri Marat Xayrulin “Windows 10” əməliyyat sisteminin yenilənmələri, üstünlükləri və yeni imkanlarından, o cümlədən sözügedən əməliyyat sisteminin təhlükəsizliyi, idarə olunması və məhsuldarlığı barədə ətraflı məlumat verib.

“Bu gün heç bir sahə informasiya texnologiyaların köməyi olmadan inkişaf edə bilməz. Bununla belə, kiberterrorçuluğun, kibercasusluğun və virtual əlaqələrin inkişaf etdiyi bir dövrdə informasiya təhlükəsizliyi sahəsində problemlər artıb. Mənşəyi məlum olmayan proqram təminatından istifadə maliyyə itkilərinə, şirkətlərin imicinin korlanmasına, şəxsi məlumatların itkisinə və ümumi məhsuldarlığın azalmasına gətirib çıxarır. Kiberhücumlar nəticəsində şirkətlər hər il milyonlarla dollar itirir. “Windows 10” əməliyyat sistemi “Windows”un indiyədək mövcud olan əməliyyat sistemləri arasında ən təhlükəsizidir“, - deyə Marat Xayrulin bildirib.

İki gün davam edən tədbir çərçivəsində “Windows 10” üzərində işləyən cihazların sərgisi təşkil olunub, həmçinin “Windows 10 Fall Creators Update” yenilənməsi, “Office 2016” və “Mixed Reality”nin yeni imkanları nümayiş olunub. “Microsoft Device Days” tədbirinin iştirakçıları “Windows 10” üzərində işləyən müxtəlif cihazlar haqqında məlumat almaq və onları sınaqdan keçirmək üçün unikal imkan əldə ediblər.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment