1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Bakıda Beynəlxalq Bank Şurasının növbəti iclası keçirilib
30.10.2017

26 oktyabr 2017-ci ildə Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı ilə Şərqi Avropa və əksər MDB ölkələrindəki banklar birliklərinin üzvü olduğu Beynəlxalq Banklar Şurasının (BBŞ) növbəti iclası keçirilmişdir.

Şura üzvləri əvvəlcə Uluöndər Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət etmişlərdir.

İclasdaŞərqi Avropa və əksərMDB ölkələrində fəaliyyət göstərən banklar assosiasiyalarının sədrləri və üzvləri, Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev,Maliyyə Bazarlarına Nəzarət Palatasının Baş icraçı direktoru İbrahim Alışov, Bank Ombudsmanı İkram Kərimov,millət vəkili Vahid Əhmədov, həmçinin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Qurbanov Faiq iştirak etmişdir.

İclasın gündəliyindəki ilk məsələ BBŞ-nin 2014-2017-ci illər ərzindəki fəaliyyəti haqqında iştirakçılara məlumat verilməsi olmuşdur. Bu müddət ərzində Şuraya sədrlik etmiş A.V.Muriçevin BBŞ-nin 2014-cü ilin sentyabr ayından 2017-ci ilin sentyabr ayına qədər fəaliyyətinin nəticələrini əks etdirən hesabatı dinlənilmişdir.

Daha sonra, 2017-2020 illər üçün Şuranın rəhbər vəzifələrinə açıq səsvermə ilə seçki keçirilmişdir. Səsvermə nəticəsində Şuraya sədr kimi Assosiasiya “Rusiya”nın sədr müavini A.V.Muriçevin, sədrin müavinləri kimi Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev, Mərkəzi və Şərqi Avropa Banklar Assosiasiyasının Baş direktoru Lendel İştvan, Qazaxıstan Banklar Assosiasiyasının rəhbəri Marat Baytokov, Serbiya Banklar Assosiasiyasının Baş direktoru Veralub Duqaliç vəUkrayina Banklarının Azad Assosiasiyasının İcraçı direktoru Korobkova Elena, qurumun icraçı katibi kimi isə Assosiasiya “Rusiya”nın Beynəlxalq Əməkdaşlıq Mərkəzinin direktoruSvetlanaParskova seçilməsinə səs birliyi ilə qərar verilmişdir.

Həmçinin iclasda əsas müzakirə mövzusuMaliyyə Ombudsmanı institunun maliyyə bazarındakı rolu olmuşdur. İştirakçılar bu sahədə öz təbrübələrini bölüşmüş və fikir mübadiləsi aparılmışdır, eləcə də bu institutun maliyyə bazarı üçün əhəmiyyəti vurğulanmışdır. Nəticədə, maliyyə ombudsmanı haqqında təcrübələri əks etdirən sənədin BBŞ platforması üzərindən mübadiləsinə qərar verilmişdir. Həmçinin hər bir üzvün bu institutun əhəmiyyəti haqqında ölkələrindəki bütün maraqlı kredit və digər maliyyə təşkilatlarını məlumatlandırması məsləhət görülmüşdür. Qeyd edək ki, artıq Azərbaycanda belə bir institut – Bank Ombudsmanı adı ilə artıq bu ilin sentyabr ayından fəaliyyət göstərir.

Sonda Şuranın növbəti iclasının yeri, vaxtı, eləcə də gündəliyinə daxil edilməli olan məsələlər müzakirə edilmiş, iştirakçıların təklifləri dinlənilmişdir.

Qeyd edək ki, Beynəlxalq Bank Şurasının yaradılması haqqında qərar 3 sentyabr 2004-cü il tarixində  Soçidə  "Rusiya bankları - XXI əsr" mövzusunda keçirilmiş II Beynəlxalq Bank Forumunda  qəbul edimişdir və Şuranın yaradılması haqqında müvafiq Əsasnamətəsdiq edilmişdir.

Yarandığı tarixdən hazırkı dövrə qədər, Azərbaycan, Gürcüstan, Serbiya, Tacikistan, Özbəkistan, Ukrayna, Moldova, Ermənistan, Monteneqro, “MDB Maliyyə-Bank Şurası” və “Avrasiya Əməkdaşlıq Təşkilatının Maliyyə-Bank Şurası” üzv olunmuşdur. Hazırda Şuraya 17 təşkilat daxildir.

05 sentyabr 2008-ci ildən etibarən Rusiya Regional Banklar Assosiasiyasının sədri A.V. Muriçev Beynəlxalq Bank Şurasının sədridir.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment