1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


APRA PR sahəsində baş verən prosesləri müzakirə etdi
27.10.2017

Baki, FinanceTime. 26 oktyabr 2017-ci il tarixində   “Excelsior Hotel and Spa Baku”  otelində Azərbaycan PR Mütəxəssisləri Assosiasiyasının (APRA)  nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirilib. İctimaiyyətlə əlaqələr sahəsi, eləcə də bu sahədə APRA tərəfindən 2017-ci ilin sonunadək keçiriləcək tədbirlərin müzakirəsi və qurumun təşkilati məsələlərinə həsr edilmiş tədbirdə “AtaHolding” Şirkətlər Qrupunun Korporativ kommunikasiyalar şöbəsinin rəisi Dilara Zamanova, “Veysəloğlu” şirkətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlham Məmmədzadə, “Kommunikasiya və Konsultinq” MMC-nin rəhbəri Vəli Əlibəyov, Azərbaycan Sahibkarlar Konfederasiyasından Günel Məmmədova, Bakı Metropoliteni" QSC Ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi  Nəsimi Paşayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən Yaqut Əliyeva, “Paris Gallery” mağazalar şəbəkəsindən Aliyə Abbasova, B, “Proloq.az” saytından Arzu Soltan və Cəfər Mənsimi, eləcə də digər nümayəndələr qatılıblar.

Dəyirmi masanın gündəliyində duran əsas müzakirə mövzusu Azərbaycanda ictimaiyyətlə əlaqələrin problem və perspektivləri barədə olub. İlham Məmmədzadə, Vəli Əlibəyov, Dilarə Zamanova, Nəsimi Paşayev və digər iştirakçılar Azərbaycanın PR sahəsində baş verən proseslər, texnoloji yeniliklərin və yeni metodların tətbiqi, peşəkarlığın artırılması üçün lazım gələn vərdiş və bacarıqlara yiyələnmə kimi məsələlərdən söhbət açıblar. Qeyd edilib ki, PR qurumları tərəfindən ictimaiyyətə ötürülən informasiya kifayət qədər lazımlı və maraqlı olmalıdır. Məhz bu halda, həmin şirkət və ya təşkilat haqqında cəmiyyətdə maraq və məlumat, eləcə də etimad daha da artmış olur. Bu isə imic baxımından olduqca əlverişlidir.

Həmçinin,  tədbirdə  2018-ci ildə keçiriləck  “Azərbaycanda İctimaiyyətlə Əlaqələr:  problemlər və perspektivlər”   konfransınıntəşkili işləri  ilə bağlı müzakirə aparılıb.

Qeyd edək ki, Azərbaycanda bir sıra aparıcı qurum və şirkətlərin PR mütəxəssislərini özündə birləşdirən APRA 2016-cı  ilin  may ayında təsis olunub.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment