1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Qalmaqallı “Matilda” filmi Park Cinemanın Lazer zalında nümayiş olundu
24.10.2017

«Sevgi yoxsa Səhnə?»

Baki, FinanceTime. 23 oktyabr tarixində Park Bulvar ticarət mərkəzində yerləşən Park Cinemakinoteatrının Lazer zalında Aleksey Uçitelin böyük marağa səbəb olmuş “Matilda” filmininmedia nümayişi baş tutmuşdur. Tədbirdə Opera və Balet tearından qonaqlar, Azərbaycan Respublikası Mədəniyyət nazirliyinin media xidməti, tanınmış kinorejissorlar, bloggerlər, müğənnilər, digər tanınmış simalar və mədəniyyət xadimləri iştirak etmişlər. Tədbir Park Bulavr ticarət mərkəzi və Zeytun restoranının dəstəyi ilə həyata keçirildi.

Bu, xeyirxah şəhzadə və gözəl balerinadan, onların ehtiraslı məhəbbəti və bu məhəbbəti sındıran ictimai təbəqə maneələrindən, vətənə olan borcun iki gənc üçün təbii olan ehtrası məğlub etməsindən bəhs edən bir nağıldır. Adətən bu cür filmləri izləyərkən tamaşaçılar göz yaşlarına qərq olur: hər iki qəhrəmanı sevir, onların puç olmuş sevgilərinə üzülür, lakin öz borclarına olan sadiqliklərinə də rəğbət bəsləyirlər – “Roma tətilləri” filminin son səhnəsini xatırlayın, şəhzadə öz sevdiyi ilə baxışları ilə vidalaşaraq öhdəliklərinə qayıdır.

Bu, tarixi həqiqətə iddia etməyən, klassik balet ənənələrini hər zaman qoruyub saxlayan görkəmli balerina, lakin eyni zamanda rus taxtının son vəliəhdi  Nikolaya II aşiq olmuş sıradan bir həssas qız olan Matildanın həyatından bəhs edən gözəl bədii filmdir.

Tarixdən isə yalnız növbəti kinomifə keçmişə aparan reallıq oxşarlığını verəcək faktlar götürülmüşdür: çar qatarının Borki stansiaysındakı qəzasının effektli şəkildə əks olunması, Xodınka faciəsinintəsirli şəkildə musiqi ilə uyğunlaşdırılması, gələcək imperatorun qəlbində qopan fırtınanın kulminasiyası kimi təqdim olunan təntənəli tacqoyma mərasimi. Tarixin də təsdiqlədiyi kimi, bu fırtınadan sonra dövlət qayğıları və ailə səadəti ilə birgə sərt imperiya quruluşuna qayıdışla onun qəlbinə sakitlik çökür, ta ki, final yazıların bizə xatırlatdığı tragik sonluğa dək.

Quruluşçu rejissor: Aleksey Uçitel

Prodüsser: Aleksey Uçitel, Aleksandr Dostman

Ssenari müəllif: Аleksandr Terexov

Baş rollarda: Danila Kozlovskiy, Yevgeniy Mironov, Qriqoriy Dobrigin, İngeborqa Dapkunayte, Lars Eydinger, Tomas Ostermayer, Luiza Volfram, Sara Şteyn, Qalina Tünina və digərləri.

2 gündən sonra isə Bakı tamaşaçıları Park Cinema kinoteatrının böyük ekranlarında “Matilda” filmini izləyəcək və Rusiya kinosu tarixində ən qalmaqallı filmi haqda öz fikirlərini formalaşdıra biləcəklər. 

Balerina Matilda Kşesinskayanın həyatından bəhs edən “Matilda” filmi Rusiyada olduğu kimi Azərbaycanda da 26 oktyabr tarixində rus dilində azərbaycan altyazısı ilə ekranlara çıxacaq.

Park Cinema – Azərbaycanda müasir çoxzallı kinoteatrların ən iri milli şəbəkəsidir. Hazırda şəbəkəyə Park Bulvar, Metro Park, Zagulba Mall ticarət və əyləncə mərkəzlərində, ölkədə yeganə IMAX formatlı zalın yerləşdiyi Flame Towers, həmçinin Masallı rayonundakı “ASAN Həyat”-da yerləşən kinoteatrlar və Amburan Beach Club-da yerləşən yay kinoteatrı daxildir.. 

Foto və kadrlar əlavədədir.

Treyler:http://www.parkcinema.az/movies/view/5091/matilda#schedule


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment