1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


ABA-nın nəzdində fəaliyyət göstərən “İT və İT təhlükəsizlik ” üzrə Ekspert Qrupunun iclası keçirilib
23.10.2017

Baki, FinanceTime. 20 oktyabr 2017-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasında (ABA) “İT və İT təhlükəsizlik üzrə” üzrə Ekspert Qrupunun növbəti iclası keçirilib.

İclasda ABA-nın ABA-nın İcraçı direktoru Yunus Abdulov,“İT və İT təhlükəsizlik ” üzrə Ekspert Qrupunun sədri Cəlal Orucov, ABA-nın Baş İqtisadçısı Bəhruz Əhmədov və Ekspert qrupunun digər üzvləri iştirak edib.

İclas zamanı bankların digital bankçılığın inkişafına yönəldilən xərclərinin təhlili ilə bağlı xüsusi analitik hesabatın hazırlanması və “FinCert”in yaradılması ilə əlaqədar məsələlər müzakirə edilib.

İclas zamanı digital bankçılığın inkişafına yönəldilən xərclərinin təhlili ilə bağlı xüsusi analitik hesabatın hazırlanması məqsədə uyğun hesab edilib. Həmçinin “FinCert”lə əlaqədar məsələlərlə bağlı “Azərbaycan Beynəlxalq Bankı” ASC, “AG Bank” ASC, “Kapital Bank” ASC və “Unibank” KB ASC-nin üzlərindən ibarət İşçi Qrupun yaradılması qərara alınıb. İşçi Qrupa “FinCert”lə əlaqədar daha geniş araşdırmanın aparılması və qrupun növbəti iclasında araşdırmanın nəticələrinin təqdim edilməsi həvalə edilib.

Analitik materialın hazırlanmasında məqsəd Azərbaycanda digital bankçılığın genişləndirilməsinin dəstəklənməsi yönündə aidiyatı dövlət qurumları ilə müzakirələr üçün analitik əsas formalaşdırmaqdır (vergi güzəştləri və s.).

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın yaradılmasında əsas məqsəd üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarət olub. Hazırda 30 bank və 2 bank olmayan kredit təşkilatı, eyni zamanda Azericard MMC ABA-nın üzvüdür.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment