Baki, FinanceTime. 20 oktyabr 2017-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan İpoteka Fondu ASC – nin AZ2022008687 ISIN-li, 25 mln manat həcmində, 18 il (6480 gün) tədavül müddətli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Yerləşdirmə zamanı hərrac qiyməti 1003,50 AZN olmuşdur.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 25 200 000,00 manat olmuşdur.
İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 25 mln manat təşkil etmişdir.
İstiqrazların ödəmə tarixi 06 iyun 2035-ci ildir.