1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


PAŞA Bank SIBOS 2017 beynəlxalq forumunda iştirak edib
20.10.2017

Baki, FinanceTime. Kanadanın Toronto şəhərində keçirilən miqyaslı beynəlxalq maliyyə forumu SIBOS 2017 işini 19 oktyabr tarixində tamamlayır. Hər il keçirilən tədbir çərçivəsində aparıcı maliyyə təşkilatları və korporasiyaları, maliyyə sektoru üçün avadanlıq istehsal edən müəssisələr, proqram təminatı tərtibatçıları, müstəqil məsləhətçilər ilə təmsil olunan konfrans və ixtisaslı bank texnologiyaları sərgisi də təşkil olunur. Ötən illərdə olduğu kimi PAŞA Bank tədbirdə təkcə Azərbaycandan deyil, həm də bütün regiondan yeganə eksponent bank qismində çıxış edir.

Bu il "Building for the Future" adı altında təşkil edilmiş konfrans bankçılıq, komplayens, qiymətli kağızlar və yeni texnologiyalar kimi 4 əsas tematik mövzular ətrafında qurulmuşdur. İştirakçılar maliyyə sektorunun inkişafı ilə bağlı geniş çeşidli mövzuları, o cümlədən maliyyə texnologiyalarının (Fintech) tətbiqi fonunda bank seqmentinin inkişafı, maliyyə əməliyyatlarının təhlükəsizliyinin təminatı, o cümlədən potensial kiber təhdidlərdən və mümkün mənfi nəticələrdən müdafiə kimi məsələləri müzakirə etmişdir. Konfransda çıxış edənlər və iştirakçılar qlobal maliyyə sənayesinin gələcəyi, o cümlədən pul və qiymətli kağızlar bazarlarında blokçeyn əməliyyatlarının perspektivləri, qlobal miqyasda ödəniş proseslərinin yaradılmasında yeni yanaşmalar və digər aktual mövzuların müzakirə edilməsinə xüsusi diqqət yetirmişdir.

PAŞA Bankın İdarə Heyətinin Sədri Taleh Kazımovun sözlərinə görə, SIBOS forumu iş icması tərəfindən sadəcə konfrans və nailiyyətlərin sərgisi kimi deyil, həmçinin maliyyə sektorunun inkişaf strategiyasının və qlobal perspektivlərinin müəyyən edildiyi peşəkar, eləcə də çox-şaxəli biznes platforması kimi qəbul edilir.

“Maliyyə mühiti sürətlə dəyişir. PAŞA Bank olaraq biz bu aspekti gözəl dərk edirik və bunu nəzərə alaraq rəqəmsal bank modelinin təqdim edilməsi üçün böyük hazırlıq işləri görürük. Rəqəmsal bank modelinə keçidi biz 2018-2020-ci illəri əhatə edən yeni İnkişaf strategiyamız çərçivəsində həyata keçirməyi planlaşdırırıq. İş dünyasının gələcəyinin formalaşdığı belə bir mötəbər tədbirdə biz Azərbaycandan və regiondan yeganə eksponent bankolaraq iştirak edirik və aparıcı maliyyə institutlarının təcrübələrini mənimsəməyi və öz əməliyyat bazarlarımızda daha təkmil biznes yanaşmalarını təqdim etməyi hədəfləyirik”, - deyə T.Kazımov fikrini yekunlaşdırdı.

Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya cəmiyyəti (SWIFT) tərəfindən təşkil olunan SİBOS forum-sərgisində PAŞA Bank ardıcıl olaraq 8 ildir ki, iştirak edir. Növbəti il Forumun Avstraliyanın Sidney şəhərində keçirilməsi nəzərdə tutulur.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment