1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


AccessBank müştərilərinə 4 fərqli əmanət növü təklif edir
19.10.2017

Baki, FinanceTime. Öz gələcəyini adətən planlaşdıranlar, özlərinin və doğmalarının maliyyə müstəqilliyini təmin etmək istəyənlər yaxşı bilirlər ki,«pul işləməlidir».

Siz pul toplamaq üçün nə qədər səylə çalışmısınızsa, pullar dasizin üçün bir o qədər effektiv şəkildə işləməlidir. Hazırda bank əmanətlərinə tələbat artıb, çünki, pullarınızı əmanət olaraq banka yatırmaqla siz inflyasiyadan qoruna bilər, həm də əlavə gəlir əldə edə bilərsiniz.

AccessBank müştərilərin bütün tələblərinə cavab verən 4 müxtəlif əmanət növü təklif edir.

Əgər siz müəyyən müddətə sərmayə yatırmaq və yüksək gəlir əldə etmək istəyirsinizsə, o halda “Müddətli” əmanət sizə daha uyğundur. Bu zaman faizlər sizin kartınıza, istəyinizdən asılı olaraq, hər ay, hər rüb, hər il və ya müddətin sonunda ödəniləcək. Əgər siz gəlirinizin müəyyən hissəsini sabit şəkildə yığmaq istəyirsinizsə, bu halda “Yığım” əmanətindən yararlana bilərsiniz - əmanətiniz aylıq artımlar, faizlər və əlavə bonus hesabına artacaq. “Əlverişli” əmanət açmaqla siz istənilən vaxt əmanətinizin məbləğini artıra, yaxud pulu hesabınızdan çıxara bilərsiniz və bu zaman faizlər hesabına pulunuz da artacaq. Əgər siz yüksək faizlər qazanmaq istəyirsinizsə və faizlərinizi çıxarmaq üçün uzun müddət gözləməyə vaxtınız yoxdursa,     o halda “Yüksələn” əmanət açın. Bu halda siz öz pulunuzu istənilən vaxt toplanmış faizlərin tam həcmi ilə birlikdə çıxara bilərsiniz.

Özünüzə daha uyğun olan əmanət növünü seçin və  gəlirlərinizi sərfəli şərtlərlə artırın! Bundan sonra AccessBank-la pullar Sizə işləyəcək!

Ətraflı məlumatı Bankın rəsmi internet saytından,  facebook və twitter səhifələrindən, eləcə də 151 Məlumat Mərkəzindən əldə edə bilərsiniz.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment