1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Mastercard”dan rəqəmsal təhlükəsizliyə dair erkən həllər
16.10.2017

“Mastercard Qlobal Risk Liderliyi” konfrasının nəticələrinə görə, istehlakçıların gözləntiləri dəyişib, yeni nəsil istehlakçılar bir məhsul və ya xidmət alarkən prosesin tez və asan olmasını istəyirlər.İstifadəçilərin rəqəmsal mühitdə həyata keçirdikləri əməliyyatların təhlükəsizliyinin məsuliyyətini də qurumlara yükləmə meylində olduğunu bildirən “Mastercard” yeni nəsil istehlakçıların bu tələblərini qarşılamaq üçün banklar və ödəniş qurumlarına yönəlmiş təhlükəsizlik həlləri yaradır.

Baki, FinanceTime. Portuqaliyada keçirilən “Mastercard Qlobal Risk Liderliyi” konfrasının nəticələrinə görə, istehlakçıların gözləntiləri artıq dəyişib. 22-39 yaş arasında olanların fırıldaqçılıqla üzləşdikdə əlaqəli təşkilatlara qarşı dözümünün əvvəlki nəsillərlə müqayisədə çox azaldığını bildirən “Mastercard” şirkəti brendlər üçün “etimad” yaratmağın əhəmiyyətinin artdığını vurğulayır. Hər gün onlarla yerə daxil edilən şəxsi məlumatların pis niyətli insanların əlinə keçmədən güvənli şəkildə qorunması məsələsi aktuallığını qoruyarkən 2016-cı ildə 4,2 milyard qeydiyyat məlumatının oğurlanması və sadəcə ötən ay 143 milyon şəxsiyyət kopyalanması halları qeydə alınıb. Bu məlumatların internetə yüklənən andan sonra cinayətkarların əlinə keçməsi 9 dəqiqə vaxt alır. Texnologiya ilə bərabər təhlükəsizlik tədbirləri inkişaf etsə də fırıldaqçılar hər gün yeni üsullar axtarışındadır.

Ödəmələrdə şəxsi məlumatlarla yanaşı təhlükəsizliyin təmin olunmasının ən vacib elementlərindən biri də şəxsiyyətin təsdiqlənməsidir. Qurumlar üçün də əməliyyatı həyata keçirənlə şəxsi məlumatları daxil edilən şəxsin eyni olmasını müəyyənləşdirə bilmək kritik əhəmiyyətə malikdir.

Rəqəmsal texnologiyanın ən çox tətbiq olunduğu sahələrdən biri olan ödəmələrdə istehlakçının etimadını qazanmaq nağdsız bir dünya yaratmaq üçün çox vacibdir.Bugünədək istifadə olunan və xatırlanması çətin olan şifrələrin yerini artıq “Mastercard”ın təklif etdiyi EMV çiplər və biometrik şəxsiyyət təsdiqləyicilər alır. Beləliklə, istifadəçinin şifrəsini daxil edərkən artıq “şifrəm başqasının əlinə keçər” deyə qorxusu aradan qalxır. İstehlakçılar selfie çəkərək, ürək döyüntüləri ilə və ya barmaq izləriylə əməliyyatı həyata keçirənin özləri olduğunu təsdiqləyə bilirlər. Bu məlumatların kopyalanmasının qarşısını almaq üçün “Mastercard”şirkəti “NuData” kimi qabaqcıl texnologiya şirkətləriylə çalışır və cinayətkarların şəxsə özəl məlumatlarını kopyalamasını önləyir.

“Mastercard”ın yeni nəsil şəxsiyyət doğrulamatexnikaları ilə yanaşı, görünməyən digər təhlükəsizlik sistemləri də mövcuddur. Süni intellekt texnologiyasından istifadə edərək hiyləli əməliyyatları müəyyənləşdirən və yanlış yerə keçərsiz sayılan əməliyyat ədədlərini azaldan “Decision Intelligence” həlli bunun ən bariz nümunələrindəndir. “Mastercard”ın bu yeni texnologiyası istehlakçının alış-veriş tarixçəsi, kartdan istifadə alışqanlıqları kimi şəxsə özəl və real-vaxt rejimində məlumatlara əsaslanaraq,qeyri-adi davranışlarda istifadəçini xəbərdar edir və həmin əməliyyatı keçərsiz hesab edir. “Decision Intelligence” həlli bu funksiyanı yerinə yetirmək üçün müştərinin seqmenti, risk profili, olduğu ərazi, alış-veriş edilən nöqtə, istifadə olunan cihaz məlumatları, alış-veriş saatı və növü kimi bir çox kriteryaları dəyərləndirir. Bu texnologiya ilə “Mastercard”bankları yüksək riskli kartlar mövzusunda sürətli şəkildə və hətta fırıldaqçılıq halı baş tutmadan xəbərdarlıq edir.

“Mastercard”ın yeni buraxdığı “Early Detection System” (Erkən Aşkarlama Sistemi) isə banklara və ödəniş qurumlarına kartların və hesabların təhlükəsizliyini təmin etmək üçün fırıldaqçılığı ilkin mərhələdə aşkarlama imkanı verir. “Mastercard”ın geniş şəbəkəsi ilə daxili və xarici resurslardan yararlanan sistem kartın və ya hesabın risk altında olduğunu aşkar etdiyi zaman dərhal bank və ödəniş qurumlarına bu riskin səviyəsini də göstərən bir bildiriş göndərir. Beləliklə, fırıldaqçılıq baş tutmadan əvvəl lazımi tədbirlərin görülməsi, bu cür halların qarşısını alınmasını təmin edir. “Mastercard” bu yeni sistemi sayəsində fırıldaqçılıq halını ənənəvi üsullarla müqayisədə 6-18 ay daha tez aşkarlaya bilir.

Şirkətlər, maliyyə qurumları və texnologiya şirkətləri nə qədər tədbirli olsalar da, bu sahədə dövlətlərə və istehlakçıların öz üzərlərinə də böyük məsuliyyət düşür. Dövlətlər tədbirlərini qanunvericilik vasitəsilə alarkən eyni zamanda istifadəçilərə dəhər hansı bir yerə şəxsi məlumatlarını daxil edərkən ehtiyatlı olmaq tövsiyə edilir.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment