1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“İnformasiya axınlarının iqtisadi effektləri” adlı seminar keçirilmişdir
16.10.2017

Baki, FinanceTime. 14 oktyabr 2017-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının rəsmi mətbu orqanı olan “Banklar və Biznes” Qəzeti (BBN.az) tərəfindən Almaniya Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondunun (SBFIC) təşkilati dəstəyi ilə “IB Club”da “İnformasiya axınlarının iqtisadi effektləri” adlı seminar keçirilmişdir.

Tədbir “Yanlış, qeyri-dəqiq və təhrif edilmiş iqtisadi informasiyanın mümkün mənfi nəticələri” mövzusunda məqalə müsabiqəsi çərçivəsində baş tutmuşdur.

Seminarda əməkdar jurnalist, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin mətbuat katibi Mehman Mehdiyev və Mərkəzi Bankın “Tədqiqatlar və İnkişaf Mərkəzi”nin “İqtisadi maarifləndirmə xidməti”nin mütəxəssisi Lamiyə Qaralova çıxış etmişdir.

İştirakçılara iqtisadi xəbərlərin yazılması zamanı diqqət edilməli olan məsələlər və bununla bağlı 10 qızıl qayda, həmçinin bank məhsul və xidmətlərinin istehlakçılarının huquqlarının qorunması və maliyyə savadlılığı ilə əlaqədar məsələlər çatdırılmışdır.

Həmçinin elan edilmiş müsabiqə ilə əlaqədar olaraq, “Yanlış, qeyri-dəqiq və təhrif edilmiş iqtisadi informasiyanın mümkün mənfi nəticələri” mövzusunda yazılacaq məqalələrə olan tələblər daha geniş formada seminar iştirakçılarının diqqətinə çatdırılmışdır.

Seminarda iştirakçılar arasında interaktiv oyun keçirilib və qaliblər mükafatlandırılılmışdır.

Sonda iştirakçılar sertifikatlarla təltif edilib və birgə xatirə şəkli çəkdirilmişdir.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment