1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Beynəlxalq DÜŞÜN, BORC AL! Kampaniyasını Azərbaycanda AMFA və VF AzərKredit dəstəkləyir
13.10.2017

Bir ay ərzində cari və potensial müştərilərin maliyyə savadlılığının artırılmasını nəzərdə tutmaqla artıq üçüncü ildir ki, keçirilən DÜŞÜN, BORC AL! Kampaniyası bu il də oktyabr ayı boyunca davam edəcək. Kampaniya beynəlxalq müştəri mühafizəsi standartlarını və maliyyə savadlılığını təşviq edən beynəlxalq təşkilat – Mikromaliyyə Mərkəzi (MFC) tərəfindən  təşkil edilir. Kampaniya bu il 15 ölkədə, o cümlədən, Albaniya, Azərbaycan, Bolqarıstan, Bosniya və Herseqovina, Çernoqoriya, Gürcüstan, İspaniya, Kosovo, Qazaxıstan, Makedoniya, Moldova, Rumıniya, Serbiya, Tacikistan, Ukrayna vəYunanıstanda həyata keçirilir. Oktyabr ayı ərzində Kampaniyanı Azərbaycanda Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) və BOKT “VijnFond AzərKredit” MMC (VF AzərKredit) dəstəkləyəcəklər.

DÜŞÜN, BORC AL! Kampaniyası məsuliyyətli şəkildə və təhlükə yaratmayan məbləğdə kredit götürə bilmələri üçün müştərilərin borca girməzdən öncə özlərinə verməli olduqları sualların məcmusunu təqdim edir. Kampaniya ərzində AMFA və VF AzərKredit geniş spektrli informasiya tədbirləri, o cümlədən, video mesajlar, posterlər, broşürlər və sairdən istifadə etməklə, cari və potensial müştəriləri maarifləndirməyə çalışacaqlar. Kampaniyanın bəzi materialları ilə https://www.facebook.com/AMFA.Azerbaijan/ www.azercredit.az/az/borrow_wisely/ istinadları vasitəsilə tanış ola bilərsiniz.

Geniş ictimaiyyətin istifadəsi üçün həm də MFC-in onlayn şəkildə təqdim etdiyi Maliyyə Sağlamlığının Yoxlanması üçün Testin demo versiyası təqdim edilir. Bu alət istifadəçilərə maliyyə vəziyyətlərini nə qədər yaxşı idarə etdiklərini yoxlamaq üçün imkan yaradır və hansı sahədə vəziyyətlərini daha yaxşıya doğru dəyişə biləcəklərini göstərir. Məsələn, bu alət aylıq gəlirin ən azı 10%-i civarında yığım etməyi, aylıq kredit ödənişlərinə aylıq ümumi gəlirin 20%-dən az məbləğin sərf edilməsinə nəzarət etməyi, növbəti ay üçün büdcənin tərtib edilməsi məqsədilə ayda bir dəfə bütün ailə ilə əyləşib məsləhətləşməyi və sair tövsiyə edir. Testi https://goo.gl/jd13n5 istinadından istifadə etməklə sınaqdan çıxarda bilərsiniz.

#2017BWC #BorrowWisely#financialeducation həştəqlərindən yararlanaraq, Kampaniyanı sosial şəbəkələrdə daha yaxından izləyin.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment