1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“AtaTravel” turizm ixtisası üzrə təhsil alan tələbələr üçün müsabiqə təşkil edir
11.10.2017

Baki, FinanceTime. “AtaTravel” turizm şirkəti ali məktəblərin turizm fakültələrinin yuxarı kurslarında (III-IV kurslar) təhsil alan tələbələr üçün tur proqram hazırlamaqla bağlı müsabiqə təşkil edir. Belə ki, adıçəkilən kateqoriyaya aid tələbələr müsabiqəyə xarici turistlər üçün nəzərdə tutulmuş Azərbaycan daxilində tur proqram təqdim edə bilərlər. Tur proqram Azərbaycanın istənilən bir turizm bölgəsinə aid olmaqla, həmin regiona aid əlamətdar turizm nöqtələrini və marşrutlarını əhatə etməli, əsaslandırılmış olmalıdır. Hər müsabiqə iştirakçısı olan tələbə yalnız bir tur prqoram təqdim edə bilər. Müsabiqədə iştirak etmək istəyən müvafiq kateqoriyaya aid tələbələr CV ilə birlikdə tur proqramı oktyabr ayının 11-dən noyabr ayının 11-nəqədər tours1@atatravel.az ünvanına göndərməlidirlər. Əlavə məlumat üçün +99412 493-05-01/08 şəhər telefonlarına zəng vurmaq olar.

Müsabiqəyə təqdim edilmiş tur proqramlar sözügedən müsabiqə üçün təşkilatçı tərəfindən formalaşdırılmış xüsusi münsiflər heyəti tərəfindən yoxlanılacaq və qiymətləndiriləcəkdir. Müsabiqədə fərqlənən iştirakçılar sertifikatla təltif ediləcək. Qeyd edək ki,  müsabiqə tuizm ixtisası üzrə təhsil alan tələbələrin bilik və bacarıqlarını artırmaq, həmçinin Azərbaycan turizminin inkişafına dəstək məqsədilə təşkil edilir.

 “AtaHolding” Şirkətlər Qrupunun turizm sektorunda  “AtaTravel” MMC, “AtaTurizm” və “Excelsior Hotel & Spa Baku”  oteli fəaliyyət göstərir.  2011-ci ildə təsis edilmiş  “AtaTravel”  turizm agentliyi dünyanın istənilən yerinə səyahət xidmətləri təklif edir. Şirkət  öz müştərilərini mehmanxana, uçuşlar, köçürmələr, əvvəlcədən sifariş, sığorta, viza ilə əlaqədar xidmətlərlər göstərir.



     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment