Baki, FinanceTime. 10 oktyabr 2017-ci il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0104026544 ISIN-li, 25 mln. manat həcmində, 364 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərrac zamanı 10 investor tərəfindən 20 sifariş təqdim edilmişdir. Sifarişlərin qiymət intervalı 88.9470 AZN (12.4949%) və 94.3688 AZN (6.0001%) olmuşdur.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 93.9281 AZN (6.5000%), orta ölçülmüş qiyməti 94.1479 AZN (6.2501%) müəyyən edilmişdir. Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş həcmi 25 000 000 AZN təşkil etmişdir.
İstiqrazların ödəmə tarixi – 09 oktyabr 2018-cu il.
Hərrac iştirakçıları 11 oktyabr 2017-ci il (t+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.