1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Asan Xidmət” mərkəzlərində nağdsız ödənişlərin aparılması imkanı yaradılmışdır
09.10.2017

Baki, FinanceTime.  Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin icrası çərçivəsində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası ölkədə maliyyə xidmətlərinin çatdırılması kanallarının inkişaf etdirilməsi, o cümlədən maliyyə xidməti istehlakçılarına daha əlverişli nağdsız ödəniş imkanının yaradılması istiqamətində fəaliyyətini davam etdirir.

Görülən tədbirlər çərçivəsində Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli 685 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Prezidenti  yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılmış “ASAN xidmət” mərkəzlərində ödəniş kartları vasitəsilə nağdsız ödənişlərin aparılması imkanı artıq təmin edilmişdir.

Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən “ASAN xidmət” mərkəzlərində müxtəlif ödəniş həllərinin tətbiqi və görüləcək işlərin koordinasiyası məqsədilə cari ilin avqust ayında Azərbaycan Respublikası Mərkəzi Bankının, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən bankların,  həmçinin xidmət mərkəzlərinin də nümayəndələrinin təmsil olunduğu İşçi Qrupu yaradılmışdır.

Birgə fəaliyyət nəticəsində 4 saylı Bakı “ASAN xidmət” mərkəzində və 2 saylı Bakı “ASAN Kommunal Mərkəzi”ndə ödəniş kartları ilə POS-terminal vasitəsilə təqdim olunan xidmətlərə görə nağdsız ödənişlərin aparılması imkanı təmin edilmişdir. Eyni zamanda 1 saylı Bakı “ASAN xidmət” mərkəzində quraşdırılmış “ASAN ödəniş” terminallarında müvafiq xidmətlər üzrə ödəniş kartları vasitəsilə nağdsız ödənişlər aparıla bilər.

Qeyd olunmalıdır ki, bu istiqamətdə həyata keçiriləcək tədbirlər əsasında digər “ASAN xidmət” mərkəzlərində də nağdsız ödənişlərin aparılması imkanı təmin ediləcəkdir.

Media orqanları əlavə məlumat almaq üçün www.fimsa.az saytı və press@fimsa.az elektron poçt ünvanına müraciət edə bilərlər.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment