1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Azərbaycan Sənaye Bankı tam yenilənmiş korporativ saytını istifadəyə verdi
04.10.2017

Baki, FinanceTime. Öz işini müasir tələblərə və müştəri məmnuniyyətinə uyğun qurmaq yolunda son dövrlərdə iri addımlar atan Azərbaycan Sənaye Bankı tam yenilənmiş korporativ saytını istifadəyə verdi.

Yenilənmiş sayt müasir dizayna malik olmaqla bərabər, istifadə rahatlığı ilə də seçilir. Sayt hazırlanan zaman istifadəçinin bu sahədə gündəlik tələbatı, apardığı bank əməliyyatları nəzərə alınmışdır.

Həm fərdi, həm də korporativ müştərilərin rahatlığını təmin etmək üçün sayt iki fərqli hissəyə ayrılmışdır. Bunu sayta daxil olan kimi görmək olur. Belə ki, fərdi müştərilər saytın "Həyatımız" bölməsinə, korporativ müştərilər isə "İşimiz" bölməsinə keçməklə özlərinə lazım olan məlumatları tapa bilərlər. Hər bir bölmə müvafiq müştəri qrupuna uyğun hazırlanılmışdır.

Müştərilər özlərinə lazım olan bölmədən məhsul və xidmətlər haqqında istədikləri məlumatı rahatlıqla əldə edə biləcəklər. Həm fərdi, həm də korporativ müştərilər üçün bankın yeni təqdim olunmuş "online bankçılq" xidmətinin də üstünlüklərindən yararlanmaq imkanı yaradılıb.

Kredit və ya plastik kart əldə etmək istəyənlər üçün "online sifariş", "online məlumatlandırılma" xidmətləri tətbiq olunub. Kredit kart istifadəçiləri isə SMS xəbərdarlıq, kommunal ödənişlərlərin qəbulu və kartlar üzrə digər xidmətlərdən yararlana bilərlər.

Bütün bunlardan başqa depozit və kredit kalkulyatoru, filial və bankomat şəbəkəsinin yerləşməsini göstərən xəritə və digər xidmətlər də istifadəçilərin ixtiyarındadır.

Saytda istifadəçilər üçün xüsusi rahatlıq təmin edən “Mənə zəng et!” xidməti də təqdim olunur.

Bankın fəaliyyəti, yenilikləri, inkişaf strategiyası, maliyyə göstəriciləri və banka dair digər məlumatlar ayrıca bölmə şəklində təqdim olunub.

Saytın rahat daxili axtarış sistemi istifadəçilərə onları maraqlandıran məlumatları qısa müddətdə əldə etmək imkanı verir. Buna əmin olmaq üçün www.asb.az ünvanına daxil olmaq yetərlidir. Onu da qeyd edək ki, saytın mobil versiyasından da rahatlıqla yararlana bilərsiniz.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment