1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Azercell “Bookmate” layihəsi ilə V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında
29.09.2017

Baki, FinanceTime. Mütaliə mədəniyyətinin inkişafı, kitaba marağın artırılması üçün indiyə qədər bir sıra uğurlu layihələrə imza atan Azercell Telekom MMC ölkəmizdə keçirilən V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasından da kənarda qalmayıb. Şirkət sərgidə hər kəs tərəfindən maraqla qarşılanan,  ölkəmizdə alternativi olmayan unikal Bookmate layihəsi ilə iştirak edir. Stenddə Azercell şirkətinin təmsilçiləri mobil tətbiq və ona qoşulma qaydaları haqqında məlumat verir, proqramla xüsusi maraqlanan ziyarətçilərə bir aylıq ödənişsiz abunə kodu hədiyyə edirlər. Qeyd edək ki, sərginin açılış günündə iştirak edən Mədəniyyət və Turizm naziri cənab Əbülfəz Qarayev proqramla yaxından tanış olduqdan sonra şirkət əməkdaşlarının dəstəyi ilə tətbiqi mobil cihazına yükləyib və Azərbaycanda elektron kitaboxuma imkanının mövcudluğunu təqdirəlayiq hal kimi qiymətləndirib. Çoxsaylı mədəniyyət və incəsənət xadimləri də proqramla tanış olaraq onun ədəbiyyatın və elmin inkişafına verdiyi töhfəni xüsusi vurğulayıblar.

Xatırladaq ki, Azercell sərgidə iştirak edən yeganə mobil operatordur.

2015-ci ildə mütaliə sevərlərə təqdim edilən Bookmate- minlərlə kitabı elektron cihaz üzərindən oxumaq üçün yaradılmış mobil proqramdır. Bookmate daxilində abunəçilərə Azərbaycan, eləcə də, Rus, İngilis və Türk dillərindəki kitablar təqdim edilir. Səkkiz yüz əlli minlik kitabxanada ən çox satılan, ən çox oxunan, ən yaxşı satılan, ən məşhur klassik və müasir əsərləri və digər nümunələri əldə etmək mümkündür. Cəmi 3,5 AZN-lik aylıq abunə olmaqla  Bookmate istifadəçiləri istənilən kitabı oxuya və mobil cihazlarına yükləyə bilirlər.Digər vacib məqam isə ondan ibarətdir ki, burada oxucular yalnız xarici ədəbiyyat deyil, azərbaycanlı müəlliflərin əsərləri ilə də tanış ola bilərlər.  Xidmətin ən mühüm üstünlüklərindən biri - Bookmate kitabxanasında məşğul olmaq üçün daimi internetə ehtiyacın olmamasıdır. Çünki yüklənən kitabı istənilən vaxt, istənilən yerdə, məsələn, metroda və təyyarədə oxumaq mümkündür. Həmçinin, əlinizin altında hansı cihazın– telefon, planşet və ya kompüter olmasının fərqi yoxdur. Çünki kitab cihaza yox, sizin şəxsi kitabxananıza əlavə edilir.

Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası sentyabrın 30-dək davam edəcək.Azercell Telekom hər kəsi sərgidə fəal iştiraka çağırır, Bookmate layihəsi ilə yaxından tanış olmaq üçün sizi öz stendinə dəvət edir.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment