1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


“Kamaz-master” yarış komandası bank VTB (Azərbaycan)-ın ofisində olub
29.09.2017

Baki, FinanceTime. Bakıya səfəri çərçivəsində Rusiyanın “Kamaz-master”yarış komandası pilot-çempion Ayrat Mardeyevlə birlikdə bank VTB (Azərbaycan)-ın qonağı olub. Çoxsaylı ralli çempionu Ayram Mardeyev bankın kollektivi ilə görüşüb. Səyahətlər zamanı pilotun rahatlığını təmin etmək üçün bank VTB (Azərbaycan) ona istənilən ölkədə istifadə edə biləcəyi “Bakı-Moskva” debet kartını hədiyyə edib.

“Bakı-Moskva” həm Azərbaycanda, həm xaricdə nağd və nağdsız əməliyyatlar üçün nəzərdə tutulan 24 və ya 36 aylıq (müştərinin istəyindən asılı olaraq) debet kartıdır. Kart, xaricdə aparılan nağdsız əməliyyatlar zamanı xərclənən məbləğin 0,5% həcmində Cash Back almağa imkan verir.

2005-ci ildən VTB “Kamaz-master” komandasının baş sponsorudur. Mətbuat-konfransı zamanı Ayrat Mardeyev VTB ilə tərəfdaşlıqdan danışıb: “Biz VTB ilə artıq 10 ildir ki,əməkdaşlıq edirik. VTB etibarlı tərəfdaşdır və buna görə mən onlara minnətdaram, bank hər zaman bizə dəstək olub.Bakıda biz VTB-nin Azərbaycan bölməsində olduq və bizi orda çox mehriban qarşıladılar. Rusiyanın VTB filiallarında adət etdiyimiz tanış və dost mühiti burda da görmək çox  xoş və gözlənilməz idi”.

”Kamaz-master” komandası 30 ilə yaxındır ki, fəaliyyət göstərir və 10 ildən çoxdur ki, VTB komandanın yanındadır. Birlikdə biz çox məsələlərin öhdəsindən gəlmişik, biz hər zaman komanda ilə olub, onu dəstəkləməyə çalışırıq. VTB də “Kamaz-master” kimi qalibdir. Mən əminəm ki, bizim qarşıda hələ çox qələbələrimiz var – həmbiznesdə, həm də idmanda” – deyə, VTB bankın Reklam və marketinq idarəsinin sponsorluq və xüsusi layihələr şöbəsinin eksperti Mariya Aleksandroviç qeyd edib.

 

Arayış üçün:

Bank VTB (Azərbaycan) ASC VTB Bank ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin  səhmdarları: VTB Bank ASC və “AtaHolding” MMC-dir. Bank VTB (Azərbaycan) ASC korporativ biznesi, kiçik və fərdi biznesi təmsil edən müştərilərə, eləcədə fiziki şəxslərə xidmət göstərir.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment