1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Unibank komandası ekstremal yarışın qaliblərindən oldu
29.09.2017

Baki, FinanceTime.  Unibank komandası ölkəmizdə ilk dəfə keçirilən maneəli ekstremal “Mübarizlər” yarışında ən yaxşı nəticə göstərən 5 komandadan biri olub. Azərbaycan və Rusiya Fövqəladə Hallar Nazirliklərinin, AR Milli Olimpiya Komitəsinin birgə layihəsi olan yarışmada iştirak edən 50-dən artıq  şirkət komandası içərisində, Unibank komandası  korporativ sektor təmsilçiləri üzrə birinci yeri tutub.  Komandanın təlimçisi  Hakim İbrahimov 40-dan çox maneəni, 7 km məsafəni fəth etməklə, finişə çatmaq uğrunda mübarizəaparılan yarışda əldə olunan yüksək nəticəni güclü komanda ruhunda görür: “Burda həm psixoloji, həm də fiziki güc tələb edən manelər var idi. Unibank komandası yarışlara var gücü ilə hazırlaşırdı.  Nəzərə alsaq ki, ilk dörd yeri tutan komandalar hamısı peşəkar idmançılardır,  onda həvəskarlardan ibarət Unibank komandasının 5-ci yerə çıxmasının böyük uğur olduğunu görmək olar. Əgər idmançılardan ibarət komandalar olmasaydı,  əminəm ki, Unibank komandası 1-ci yeri tutardı. Unibank komandasının qələbəsinin əsas sirri bütün yarış boyu vahid komanda ruhunda çalışmaları idi.  Komanda üzvləri ən çətin maneələrdə bir-birinə kömək edirdi və bütün iştirakçı bank komandaları arasında ən yaxşı nəticəni göstərdi”.

Komanda üzvlərindən biri, Unibank-ın filial müdiri Teymur Fərəcov ekstrim, adrenalin dolu yarışın yüksək səviyyədə təşkil olunduğunu və komandalar arasında güclü mübarizə getdiyini deyir: “Unibank komandasının qaliblər cərgəsində olmasının bir neçə səbəbi var. Əvvəla, biz hazırlıq məşqlərində bütün komandamızla birlikdə aktiv iştirak edirdik. Həftədə 3 dəfə işdən çıxıb həmin məşqlərə qatılırdıq. “Mübarizlər” komanda yarışmasıdır və burada fiziki hazırlıqdan əlavə, komandada işləmək bacarığı olmalıdır. Komanda üzvləri nə qədər fiziki hazırlıqlı olsalarda, komanda işi yoxdursa,yaxşı nəticə olmaz. Biz isə Unibank komandasında artıq uzun illərdir çalışırıq və Unibank bizi bir komanda kimi formalaşdırıb. Məncə, əsas səbəblərdən biri də məhz yarış boyu bir- birimizə həm fiziki, həm mənəvi dəstək olmağımız idi”. 

Yarış içtirakçısı, Unibank-ın departament rəhbəri Əli Əliyev də hesab edir ki,  bu yarış fiziki və psixoloji gücün sınağı deyil, əsl komanda ruhunun göstərilməsi idi: “ Startdan finişə qədər biz komanda şəklində hərəkət edirdik. Bütün məsafəni bir-birimizə kömək edərək keçirdik. Yarışda vahid komanda şəklində iştrakımız, bir-birimizə kömək etməyimiz uğrumuz oldu”.

Komandanın daha bir üzvü Tofiq Kişiyev də yarışda yadda qalan məqamların çox olduğu fikrindədir: “Yarış zamanı bizdən öndə olan iki komandanı su və palçıqlı maneədən birlik və ruh yüksəkliyi hesabına kecməyimiz ən yadda qalan məqamlardan idi. Komandamızın yüksək nəticə göstərməsinin əsas səbəbləri birlik, iradə, ruh yüksəkliyi və məşqcimizin hər bir tapşırığını maksimum icra etməyimiz oldu”.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment