1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Pulunuzu ölkə xaricinə Bank of Baku-nun ödəniş terminalları ilə köçürün!
28.09.2017

Baki, FinanceTime.  Təcili Pul Köçürmə xidməti sahəsinə gətirdiyi ilkləri ilə sektorunun aparıcı banklarından olan Bank of Baku bu sahədə daha bir yeniliyə imza atdı. 

“Sizə Yaxın Bankçılıq” şüarı ilə fəaliyyət göstərən və hər zaman müştərilərinin rahatlığını və onların istəklərini düşünən Bank of Baku bu dəfə “uzaqları yaxın edərək” ödəniş terminallarında Contact Təcili Pul köçürmə sistemindən istifadəni mümkün etdi.

Bank of Baku-nun Təcili Pul Köçürmə sisteminə gətirdiyi bu inqilabi yenilik sayəsində müştərilər ödəniş terminalları vasitəsilə ölkəxarici pul köçürmələrini rahat formada həyata keçirə biləcəklər.

Aşağıdakı 5 sadə addıma riayət etməklə pul vəsaitlərini digər şəxsin bank hesabına əlavə vaxt sərf etmədən dərhal göndərmək olar. Bunun üçün Bankın ödəniş terminalından Təcili Pul Köçürmə bölməsini seçib,  

 

1.     Müştəri kodunu daxil etməli;

2.     Mobil nömrəyə SMS-lə göndərilmiş birdəfəlik şifrəni yığmalı;

3.     Vəsaitin göndəriləcəyi ölkəni seçməli;

4.     Alacaq şəxsin ad-soyad, mobil telefonunu qeyd etməli;

5.     Əməliyyatı təsdiq etməli.

 

Əməliyyat uğurla tamamlandıqdan sonra müştəri köçürmə haqqında qəbzi əldə edə bilər.

Bankın müştəriləri öz kart hesablarındakı vəsaiti ödəniş terminalları vasitəsilə aşağıdakı  ölkələrə 24/7 rejimində sürətli göndərmək imkanı əldə edəcəklər:

·         Rusiya

·         Belarusiya

·         Gürcüstan

·         Qazaxıstan

·         Qırğızıstan

·         Moldova

·         Özbəkistan

·         Tacikistan


Qeyd edək ki, ödəniş terminalı ilə köçürmə məbləğinin gündəlik limiti 300 USD və köçürmə komissiyası isə sadəcə 1% təşkil edir. 

Eyni zamanda xatırladaq ki, Bank of Baku bir müddət öncə Təcili Pul Köçürmə sahəsində ilkə imza ataraq, müştərilərinə İnternet Bankçılıq xidmətində Contact Təcili Pul köçürmə sistemindən onlayn istifadə imkanını təqdim etmişdi.

Bank of Baku-nun ödəniş terminallarından istifadə etməklə Təcili Pul Köçürmə xidmətindən faydalanmaq üçün terminalların ünvanları haqqında dəqiq məlumatla bu linkə daxil olaraq tanış ola bilərsiniz.

Daha ətraflı məlumatı Bankın 145 Məlumat Mərkəzinə zəng edərək və ya rəsmi Facebook səhifəsinə www.facebook.com/bankofbaku daxil olaraq əldə etmək olar.

 


Daha ətraflı:

145 Məlumat Mərkəzi

www.bankofbaku.com

www.facebook.com/bankofbaku

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment