1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“SWIFT” İstifadəçilər Qrupuna yeni sədr seçilib
28.09.2017

Baki, FinanceTime.   “SWIFT” Beynəlxalq Maliyyə Telekommunikasiya Cəmiyyətinin Azərbaycan üzrə “SWIFT” İstifadəçilər Qrupunun yeni sədri vəzifəsinə “Kapital Bank” ASC-nin İdarə Heyəti sədrinin müavini Nahid Zeynalov seçilmişdir.

28 sentyabr 2017-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasında (ABA)“SWIFT” Beynəlxalq Maliyyə Telekommunikasiya Cəmiyyətinin Azərbaycan üzrə “SWIFT” İstifadəçilər Qrupunun rəhbərinin və katibinin seçilməsi ilə bağlı tədbir keçirilmişdir. Bank nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə ABA-nın nümayəndəsi gündəlikdə duran məsələ ilə bağlı çıxış edərək “SWIFT” İstifadəçilər Qrupunun rəhbəri və “SWIFT” İstifadəçilər Qrupunun katibi vəzifələri üçün namizədləri təqdim etmişdir.

Təkliflər geniş şəkildə müzakirə edilmiş və açıq səsvermə keçirilmişdir.

Son nəticə olaraq“SWIFT” cəmiyyətinin ölkədə fəaliyyət göstərən banklarla əməkdaşlıq münasibətlərinin effektivliyinin artırılması məqsədilə Azərbaycan üzrə “SWIFT” İstifadəçilər Qrupunun rəhbəri vəzifəsinə “Kapital Bank” ASC-nin İdarə Heyəti sədrinin müavini - Baş İnformasiya İnzibatçısı Nahid Zeynalov və “SWIFT” İstifadəçilər Qrupunun katibi vəzifəsinə isə  “Kapital Bank” ASC-nin Maliyyə İnstitutları şöbəsinin Beynəlxalq Əlaqələr üzrə meneceri Xəyalə Məmmədova təyin olunmuşdur.

Sonda iştirakçılar tərəfindən protokol imzalanaraq səsvermə rəsmiləşdirilmişdir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment