1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Bakcell beynəlxalq ITU Telecom World 2017” sərgisində iştirak edir
27.09.2017

Baki, FinanceTime.   Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti 25-28 sentyabr tarixində Cənubi Koreya Respublikasının Busan şəhərinə keçirilən Beynəlxalq “ITU Telecom World  2017” sərgisinə qatılıb. Birləşmiş Millətlər Təşkilatının (BMT) informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində fəaliyyət göstərən xüsusiləşmiş təsisatı - Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) təşkilatçılığı ilə keçirilən "ITU Telecom World 2017”-də Azərbaycanı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini cənab Elmir Vəlizadənin başçılıq etdiyi nümayəndə heyəti təmsil edir. 4 gün davam edəcək tədbirin açılış mərasimi 25 sentyabrda Busan şəhərinin BEXCO sərgi və konfrans mərkəzində baş tutub.

"ITU Telecom World 2017” çərçivəsində keçirilən sərgi üzv ölkələr və İKT sahəsində fəaliyyət göstərən şirkətlərə innovativ xidmətlər, tətbiqlər və həlləri nümayiş etdirməyə imkan verir.  Qeyd edək ki, müxtəlif dövlətləri təmsil edən 500-ə yaxın şirkətin qatıldığı sərgidə Azərbaycanın da milli pavilyonu quraşdırılıb. Milli pavilyondakı Bakcell stendindəsərgi iştirakçılarına Şirkətin xidmət və məhsulları təqdim olunur.

8000-ə yaxın dövlət rəsmisi, elm adamı və biznes liderlərin qatıldığı tədbirin əsas məqsədi kiçik və orta müəssisələrin texnoloji innovasiyalarını dəstələmək və rəqəmsal iqtisadiyyatın inkişafına tövhə verməkdir. Hər il keçirilən beynəlxalq tədbir iştirakçılar üçün biliklərin mübadiləsi, maraqlı müzakirələr, müxtəlif ölkələr, təşkilatlar və şəxslər arasında İKT sahəsində işgüzar əlaqələrin qurulmasına imkan verir. Tədbir zamanı süni intellektin telekommunikasiya şəbəkəsinə tətbiqi, əşyaların interneti sahəsində yeniliklərin və süni intellektin şəhər həyatına təsiri və ictimai xidmətlərin yüksək səviyyəyə çatdırılmasında oynadığı rol haqqında maraqlı sessiyalar və müzakirələr keçirilir.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment