1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


Axa Mbask sığorta agentliklərinin VII forumunu keçirdi
27.09.2017

Baki, FinanceTime.  AXA MBASK Sığorta Şirkəti Marxal Resort&Spa (Şəki) “Gələcəyin agentləri bizik” adlı Sığorta Agentliklərinin Yeddinci İllik Forumunu keçirib. Üç gün davam edən Forumda AXA MBASK-la əməkdaşlıq edən sığorta agentliklərinin rəhbərləri və sığorta agentləri iştirak ediblər. 

Forumda dünya sığorta bazarında agentlərin fəaliyyətlərinə müsbət təsir edəcək son yeniliklər və bu yeniklərin yerli bazarda tədbiqi imkanlarını, sığorta agentliklərinin inkişafına dair planlar və stratejilər, agent şəbəkəsi vasitəsi ilə könüllü sığorta növlərinin satışı və əməliyyat proseslərin avtomatlaşdırılması üzrə təkliflər və layihələr müzakirə olunub.

Rəsmi hissədən sonra Forum iştirakçıları onların şərəfinə təşkil olunmuş təntənəli axşam yeməyinə dəvət olundular, burada iştirakçılara xatirə mükafatları və hədiyyələr təqdim edildi.

Qeyd edək ki, AXA MBASK SŞ-nın keçirdikləri sığorta agentliklərinin forumları Azərbaycanda keçirilən ilk belə tədbirlərdəndir.

Müştərilərlə sıx əlaqə quran və onlara konsaltinq xidmətləri göstərən agentlər onların müxtəlif sığorta məhsulları arasında düzgün seçim etməsinə köməklik göstərir, sığorta agentlikləri şəbəkəsinin inkişafı isə ümumilikdə Azərbaycanda sığorta bazarının inkişafına şərait yaradır.

AXA MBASK dəstəyi ilə, sahibkarlıq prinsipinə uyğun olaraq öz portfelini quran sığorta agentlikləri şəbəkəsi vasitəsilə satışların inkişafı planı həyata keçirilməklə, qısa müddət ərzində bütün Azərbaycan ərazisində fiziki və hüquqi şəxslərlə, habelə maliyyə-kredit müəssisələri ilə bütün sığorta növləri üzrə işə yönəlmiş 100-dən çox sığorta polislərinin satışı məntəqəsi açılmışdır.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment