1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


PAŞA Bank yerli qiymətli kağızlar bazarında növbəti bir ilkə imza atıb
26.09.2017

Baki, FinanceTime.  Ölkənin aparıcı korporativ bankı - PAŞA Bankın törəmə təşkilatı olan PASHA Yatırım Bankası Azərbaycan qiymətli kağızlar bazarında öz istiqrazlarının yerləşdirilməsini uğurla həyata keçirmişdir. Bu yerli qiymətli kağızlar bazarının tarıxində ilk emissiya halıdır ki, digər ölkədə qeydiyyatdan keçmiş və orada fəaliyyət göstərən təşkilat Azərbaycanda qiymətli kağızlar bazarı vasitəsi ilə vəsait cəlb edir. İstiqrazların ABŞ dollarında denominasiya olunması və emitentin xarici qurum olması bu emissiyanı Azərbaycanda ilk avrobond emissiyası kimi səciyyələndirir. Bu istiqrazların yerləşdirilməsi zamanı anderrayter olaraq PAŞA Kapital İnvestisiya Şirkəti çıxış etmişdir

İstiqrazlarının yerləşdirilməsini şərh edən PAŞA Bankın İdarə Heyətinin Sədri Taleh Kazımov qeyd edir ki, bu emissiya ilə Bank ölkənin qiymətli kağızlar bazarının inkişafına xidmət edən növbəti uğurlu bir təşəbbüsə imza atır.

“Bu və digər oxşar təşəbbüslərimizi diqqət mərkəzində saxlayan beynəlxalq maliyyə ekspertləri PAŞA Bank tərəfindən ölkənin qiymətli kağızlar bazarında həyata keçirdiyi layihələrini, o cümlədən korporativ istiqraz buraxılışını, market-meyker xidmətlərinin göstərilməsini yüksək qiymətləndirərək Bankımızı dəfələrlə nüfuzlu mükafatlara layiq görüblər. Sevindirici haldır ki, bu növ fəaliyyətlərin davamı olaraq həyata keçirilmiş PASHA Yatırım Bankasının istiqrazlarının Azərbaycan bazarında yerləşdirilməsi uğurla başa çatdırılıb.Ümid edirik ki, gələcək nailiyyətlərimiz də ümumilikdə Azərbaycan iqtisadiyyatının, eyni zamanda müştərilərimizin və tərəfdaşlarımızın inkişafına əhəmiyyətli töhfə verəcək”, - T.Kazımov fikrini yekunlaşdırdı.

Qeyd edək ki, emissiyasının parametrləri aşağıdakı kimidir:

Ümumi həcm: 25 000 000 USD

Tədavül müddəti: 5 il 3 ay

Kupon faizi: 4.85%

Kupon  ödənişi: Hər kvartaldan bir

 

Bank haqqında:

PAŞA Bank – Azərbaycanın aparıcı korporativ bankıdır. 2007-ci ildə təsis olunmuş Bank, geniş spektrli korporativ bank xidmətlərini göstərir, eləcə dəkreditlərin verilməsi, qiymətli kağızlar bazarında əməliyyatlar, aktivlərin idarə olunması və xəzinədarlıq xidmətləri.Baş ofis və6 Biznes-mərkəzləri ilə təmsil olunan PAŞA Bankda 450-dənçox əməkdaş çalışır. “Europe Banking Awards” 2011, 2012, 2013 çərçivəsində Bank “Azərbaycanın ən yaxşı İnvestisiya Bankı” elan olunmuşdur, 2013-2014-cü illərdə isə "WorldFinance" tərəfindən "BestPrivate Bank inAzerbaijan"adınalayiq görülmüşdür. 2014-2015 illərdə “EMEA Finance” PAŞA Bankı “Azərbaycanın Ən Yaxşı Bankı” adlandırılmışdırlar. 2016-ci ildə Bank “WorldFinance” jurnalı tərəfindən “Ən Yaxşı Bank Qrupu” və “Ən yaxşı Kommersiya Bankı”, GlobalFinance jurnalı tərəfindən isə“Ən yaxşı bank”mükafatlarıilətəltifolunub.

PAŞA Bank Azərbaycanın iri investisiya Holdinqi olan və sığorta, inşaat, inşaat materiallarının istehsalı, turizm və eləcə də biznesin digər sahələrində geniş təmsil olunan PAŞA Şirkətlər Qrupunun bir hissəsidir. Azərbaycanın pərakəndə bankçılıq bazarının iri banklarından biri olan Kapital Bank da PAŞA Şirkətlər Qrupuna aiddir.       

www.pashabank.az


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment