1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Microsoft” Bakıda təhlükəsizlik seminarı keçirib
21.09.2017

Baki, FinanceTime.  “Microsoft Azerbaijan” şirkəti Bakıda tərəfdaşları və müştəriləri üçün təhlükəsizlik seminarı keçirib. Tədbirdə rəqəmsal təhlükəsizlik, onun biznesdə tətbiqi metodları və bu istiqamətdə “Microsoft”un yeni məhsul və imkanları məsələləri müzakirə olunub.

Seminarı aparan “Microsoft” MDB-nin “Windows” istiqamətinin inkişafı üzrə rəhbəri Ulan Karajiqitov “Microsoft”un kibertəhlükəsizliklə bağlı əsas prinsip və yanaşmaları barədə məlumat verib, bir neçə detallı nümunə göstərib, WaaS (“Windows as a Service”) iş modelinin təsvirini nümayiş etdirib, kibertəhdidlərdən müdafiənin bulud həlli məsələsinə toxunub və “Windows 10”əməliyyat sisteminə keçiddən əldə edilən ümumi iqtisadi səmərəni vurğulayıb.

U.Karajiqitovun sözlərinə görə, “Microsoft” korporasiyası məhsullarının, istifadəçilərinin və ümulikdə informasiya məkanının təhlükəsizliyinin gücləndirilməsinə hər il təxminən 1 mlrd. ABŞ dolları investisiya yatırır. Sənaye bulud texnologiyaları üzərində olan müdafiə vasitələrini fəal şəkildə inkişaf etdirir. Ötən il “Microsoft” şirkəti iş stansiyalarında anomal prosesləri müəyyən etmək üçün maşın təlimi elementlərindən istifadə edən “Windows Defender Advanced Threat Protection”u(WDATP) təqdim edib. WDATP və digər müdafiə vasitələrinin müsbət cəhəti ondadır ki, onlar əməliyyat sisteminə artıq quraşdırılıb. Yəni, 100% uyğunlaşdırılıb, quraşdırmada heç bir çətinlik yaratmıyacaq və kompüterin işləmə sürətini zəiflətməyəcək.

“WDATP-dən başqa “Microsoft”un istifadəçilər tərəfindən təhdidləri müəyyən etməyəvə real zərər vurmamşıdan öncə onlara reaksiya verməyə kömək edən digər həlləri də mövcuddur. Məsələn, “Exchange Online Advanced Threat Protection” həlli – viruslu kontenti və fişinqi təcrid edir, “Advanced Threat Analytics” – şübhəli fəallıqlar barədə xəbərdar edir, “Azure Security Center” – virtual maşınlar zərərverici proqramların təsirinə məruz qaldığını müəyyənləşdirməyə yardım edir,

“Edge Smart screen” isə – internet vasitəsilə yayılan fişinq və digər zərərverici proqramları müəyyənləşdirərək bloklayır”, - deyə U. Karajiqitov əlavə edib.

“Microsoft”un nümayəndəsi onu da bildirib ki, hazırda düşünülmüş investisiyalar, İT sistemlərin müdafiəsi sahəsində perspektivli startapların satın-alınması sayəsində şirkət qətiyyətlə lider istehsalçılar sıyahısında yer alır.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment