1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Azercell müştəriləri arasında I Futbol Turnirinə start verir
12.09.2017

Mobil operator xidmət göstərdiyi şirkətlər üçün ilk həvəskar idman yarışmasını təşkil edir

Baki, FinanceTime. Azercell Telekom tərəfindən ölkəmizdə idmanın inkişafına, eləcə də, sağlam həyat tərzinin təbliğinə dair çoxlu sayda müxtəlif layihələrin keçirilməsi hamıya məlumdur. Bu dəfə isə, şirkət öz korporativ abunəçiləri üçün maraqlı və faydalı bir təşəbbüslə çıxış etdi. Belə ki, lider mobil operatorAzercell Kuboku uğrunda Korporativ Müştərilər arasında I Futbol Turnirinə başlayıb. Sentyabrın 8-də çempionatda iştirak edəcək komandaların nümayəndələrinin də iştirak etdiyi mərasimdə Turnirinin püşkatma mərasimi keçirilib və turnirin reqlamenti açıqlanıb. Beləliklə, 12 komandadan ibarət çempionat qrup mərhələsindən (yəni 5 oyundan), 14 final, yarımfinal və final oyunlarından ibarət olacaq.

Oyunlar 11 sentyabrdan etibarən bazar ertəsi, çərşənbə axşamı, cümə axşamı və cümə günləri saat 19.00-da Azercell Telekomun baş ofisinin futbol meydançasında keçiriləcək. Gündə 3 oyunun keçirilməsi planlaşdırılan turnir 1 ay ərzində davam edəcək.  Turnirdə Kapital Bank, North West Construction, Xəzər Media, Unibank, Sumqayıt Texnologiyalar Parkı, Gilan Holding, TOPAZ, Azərtexnolayn, Azeri M-İ, AA Services, Coca-Cola kimi nüfuzlu şirkətlərin nümayəndələri iştirak edir.

Qeyd edək ki, Azercell fəaliyyəti boyunca həm cəmiyyətimizin müxtəlif yaş, peşə və sağlamlıq kateqoriyalarından olan insanlar, həm də öz əməkdaşları arasında dəfələrlə bu cür sosial təşəbbüslərə imza atıb. Şirkət əməkdaşları bir çox hallarda müxtəlif rəsmi və biznes strukturların təşkil etdiyi futbol yarışmalarında qalib olub.Təsadüfi deyil ki, ölkəmizdə idmanın inkişafına, sağlam həyat tərzinə yönəlik layihələrin hər zaman yanında olan şirkət sentyabrın 17-də Heydər Əliyev Fondunun təşəbbüsü iləkeçiriləcək “Gəncə Marafonu - 2017” layihəsinin də eksklüziv tərəfdaşıdır.

Şirkət Azercell Kuboku uğrunda keçirilən I Futbol Turnirində göstərdiyi dəstəyə görə Xəzər Televiziyası və Coca-Cola şirkətinə xüsusi təşəkkürünü bildirir, iştirak edən bütün komandalara uğurlar diləyir və bu turnir nəticəsində komandaları təmsil edən şirkətlər arasında dostluq və əməkdaşlıq əlaqələrinin daha da genişlənməsinə ümid edir!


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment