1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Uber” Bakıda ən yaxşı partnyor-sürücülərini mükafatlandırıb
12.09.2017

Baki, FinanceTime. Şəhər üzrə avtomobil sifarişi üçün mobil tətbiq hazırlayan “Uber” beynəlxalq texnologiya şirkəti Bakı şəhərində ən yaxşı partnyor-sürücülərini mükafatlandırıb. Onlar bir neçə meyar üzrə seçiliblər ki, bunların arasında istifadəçilərin müsbət rəyləri və bir ildən az olan müddətə 3 mindən artıq gedişin həyata keçirilməsi olub. Nəticədə 10 partnyor-sürücü seçilib, hər bir sürücüyə texniki xidmət və təmir işləri üçün 250 manat dəyərində hədiyyə kuponu və xatirə suveniri təqdim edilib.

“Azərbaycanda belə fəal və etibarlı tərəfdaşlara malik olduğumuza sevinirik. Partnyor-sürücülərin effektiv işi bizim üçün çox vacibdir, çünki o, xidmətin uğurlu inkişafının tərkib hissələrindən biridir. Bizimlə əməkdaşlıq edən sürücülərin sayının artması bu işin düzgün qurulduğunu bir daha sübut edir, istifadəçilər üçün isə avtomobili tez bir zamanda sifariş vermək üçün vaxt sərf etməmək imkanıdır”, - deyə “Uber”in MDB üzrə baş meneceri Aleksey Stax bildirib.

“İşiməhəvəslə yanaşdığımı qiymətləndirdiyi üçün “Uber” şirkətinə minnətdaram.Bu mükafat fəaliyyətim üçün böyük bir motivasiyadır. Ən yaxşı 10 “Uber” sürücülərindən biri olmaqdan qürur duyuram. Gələcəkdə şirkətə uğurlar arzulayıram”, - deyə qalib sürücü-partnyorlardan biri olan Vidadi Mehraliyev sevinci ilə bölüşüb.

 

 

“Uber” haqqında:

“Uber” – şəxsi sürücü ilə avtomobillərin sifarışı üzrə mobil xidmətlərin hazırlanması ilə məşğul olan beynəlxalq texnologiya şirkətidir. Şirkət dünyanın 77 ölkəsinin 600 şəhərində xidmətlərini göstərir.Uber missiyası -  şəhər ətrafında, hərəkəti, su təchizatı kimi sadə, etibarlı və bütün sakinlər üçün əlçatan etməkdir. Biz 2009-cu ildə işimizi sadə bir tapşırıq həlli ilə başlamışıq - smartfonun ekranına  bir neçə toxunuş ilə maşın sifariş etmək. Artıq biz, 6 il sonra, bütün dünyada 5 milyardan çox gediş təmin etdik və indi daha da vacib problemlər üzərində işləyirik – şəhərlərdə avtomobilləri daha da rasional istifadə etməklə, tıxacların azadılması və atmosferin çirklənməsini azaltmaq.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment