1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“İlk konsertimizdə insanlara təbəssüm və xoş emosiya bəxş etdiyimizdən ilhamlandlq”
07.09.2017

“Excelsior Hotel &Spa Baku” otelinin İnsan Resursları Departamentinin rəhbəri Kamran Rzayev: “Növbəti proqramda Müslüm Maqomayev, Rəşid Behbudov, Lütfiyar İmanov, Tom Cons, Eddi Uilyams və Elvis Preslinin əsərlərinə müraciət etməyi düşünürük”

Artıq neçənci dəfədir ki, “Excelsior Hotel & Spa Baku”  otelinin İnsan Resursları Departamentinin rəhbəri  Kamran Rzayevin ifası ilə ərsəyə gələn konsert proqramları dinləyicilərdə müsbət emosiya, xoş təəssürat və alqışa səbəb olmaqdadır. Bu konsertlərdən birində iştirak etmiş dinləyici,  mütləq növbətisində də iştirak etmək istəyir və yeni konsert proqramının elan ediləcəyini gözləyir. “Excelsior Hotel & Spa Baku” otelinin İnsan Resursları Departamentinin rəhbəri Kamran Rzayevlə söhbətləşdik.

-          Kamran müəllim, sizin ifanızla son belə konsert YARAT Müasir İncəsənət Mərkəzində keçirildi. Bu barədə təəssüratlarınızı bilmək maraqlı olardı...

-          Çox gözəl konsert tədbiri keçirildi. Yay vaxtı olduğuna görə insanlarımızın çoxu, eləcə də peşəkar musiqiçilərimizin bir qismi istirahətdədir. Bu baxımdan bir qədər həyəcan keçirirdik ki, çatışmazlıq yarana bilər. Buna baxmayaraq, bütün səylərimizi ortaya qoyduq və bu konsertin keçirilməsinin nəticələrinə baxanda, bu layihəni çox uğurla başa vurduq. Bundan öncə də bizim “Excelsior Hotel & Spa Baku”  otelində “Musiqi bayramı 1”  və  “Musiqi bayramı 2” konsert layihələrimiz keçirilmişdir. Bu tədbirlərin hər ikisi çox rəngarəng və yaddaqalan keçirilib. “Musiqi bayramı 1”  konsert proqramı Azərbaycanın görkəmli müğənni və bəstəkarı  Müslüm Maqomayev və Amerikanın rok-n-roll  ulduzuElvis Preslinin yaradıcılığına həsr edilmişdi. “YARAT” Müasir İncəsənət Mərkəzitərəfindən keçirilən “Canlı musiqi axşamı” konserti  çox yaddaqalan və əyləncəli, eyni zamanda ruh oxşayan tədbir oldu.  Bütün bu konsert layihələrinin təşkilində, əlbəttə ki, “AtaHolding”in Korporativ  Kommunikasiyalarşöbəsininmühüm rolu var. Layihələrin həyata keçirilməsində bütün koordinasya işlərini “AtaHolding”in Korporativ  Kommunikasiyalar şöbəsinin rəisi Dilarə Zamanova reallaşdırıb. Bizə konserti yüksək səviyyədə keçirməyə şərait yaratdıqlarına görə  “YARAT” Müasir İncəsənət Mərkəzinə dərin minnətdarlığımızı bildiririk.Biz də bütün gücümüzlə çalışdıq ki, “YARAT” Müasir İncəsənət Mərkəzininbizə göstərdiyi bu böyük etimadı doğruldaq və düşünürəm ki, buna nail olduq. Mərkəzin nümayəndəsi Əmrahlı Fidan xanım başda olmaqla, “YARAT” Müasir İncəsənət Mərkəzinin kollektivinə  ürəkdən təşəkkür edirik.

 

-          Bundan sonra daha hansı layihələri həyata keçirməyi planlaşdırırsınız?

-          “Excelsior Hotel & Spa Baku” oteli  olaraq hər il olduğu kimi,  Yeni il ərəfəsində xidməti personal üçün korporativ tədbirlər həyata keçirməyi planlaşdırırıq. Həmçinin, “AtaHolding” Korporativ Kommunikasiyalar şöbəsinin 2018-ci il üçün tərtib etdiyi plana əsasən, 2018-ci ildə növbəti“Musiqi Bayramı 3”  konsert proqramımız olacaq.“Musiqi bayramı 3” layihəsində həm Azərbaycan, həm də xarici sənətkarların repertuarından retro mövzusuna və mahnılara müraciət ediləcək.

 

-          Tamaşaçıların bu cür konsertlərə maraq və reaksiyasını necə qiymətləndirirsiniz?

-          Doğrusu, bu barədə mənim qiymətləndirməm subyektiv alına bilər. Təvazökarlıq bu barədə kara gəlir, desəm, yanılmaram(gülür). Mənim üçün ən böyük nəticə odur ki, konsertimizə gələn iştirakçılar, dinləycilər bizdən təbəssüm və xoş təəssüratla ayrılsınlar. Konsertlə bağlı alqışlar olanda, hiss edirik ki, konsertin öhdəsindən yaxşı gəlmişik, şirkət, holdinq və kollektiv olaraq bunu keçirməyə gücümüz və qabiliyyətimiz çatır,  nəticədən isə  məmnun qalırıq.


-          Bu cür konsert təşkil etmək və orada mahnı ifa etmək ideyası sizdə ilk dəfə necə yarandı?

-          Özüm 5 il  hobbi olaraq klassik vokalla məşğul olımuşam. Qeyri-rəsmi olaraq bununla bağlı konservatoriyada təhsil də almışam. Bu, çox sevdiyim bir hobbidir. İlk dəfə özümün konsertdə ifa etməyimlə bağlı ideya Yeni il ərəfəsində personal üçün keçirdiyimiz tədbirdə reallaşdı. Biz otelin insan resursları departamenti olaraq şənlik tədbirinin bütün ssenarisini və keçirilməsini üzərimizə götürmüşdük. Bizdə otel daxilində bir motivasiya proqramı da var. Belə ki, biz “Ayın işçisi”, “İlin işçisi” nominasiyalarını elan edirik və bu cür tədbirlər çox təmtəraqlı keçirilir. Belə tədbirlərdən birində mahnı ifa etdim. Bundan sonra “AtaHolding” Şirkətlər Qrupunun əməkdaşlarından ibarət komandalar arasında  28 May Respublika gününə həsr edilmiş  “Nə?, Harada?, Nə vaxt?” intellektial yarışlarının musiqi fasiləsində mahnılar  ifa edirdim. Sonra “AtaHolding” Korporativ Kommunikasiyalar şöbəsinin rəisi Dilarə Zamanova mənə ayrıca konsert proqramını həyata keçirmək təklifi verdi.  Beləliklə, bizim konsert təşkil etməyimiz belə bir təklifin ideyaya çevrilməsindən yarandı. Bu, bizim PR proqramına uyğun olaraq keçirildi. Doğrudur, ilk konsert olduğuna görə daha çox həyəcanlı idik. Buna baxmayaraq, bu konsert də çox uğurla həyata keçirildi. Hər konsertdən dərhal sonra yeni bir konsert həyata keçirmək təşəbbüsü irəli sürüldü. Bəlkə də birinci konsertimiz yetərincə uğurlu olmasaydı, növbəti konsertlər keçirilməzdi. Amma nə yaxşı ki, birinci və ondan sonrakılar da çox uğurlu və bizi məmnun edəcək səviyyədə alındı. Biz konsertimizin bəyənildiyini və alqışlandığını görəndən sonra növbəti bənzər proqramların həyata keçirilməsində qərarlı olduq.

 

-          Növbəti konsertinizdə konkret olaraq kimlərin repertuarına müraciət edəcəksiniz?

-          İlk növbədə,Müslüm Maqomayevin, Rəşid Behbudovun, Lütfiyar İmanovun, Tom Cons, Eddi Uilyams, Frank Sinatra, Elvis Preslinin və bu tipli klassiklərin əsərlərinə müraciət etməyi düşünürük.  Burada da retro mahnılar üstünlük təşkil edəcək. Çünki onlar hamısı ölməz əsərlərdir, ona görə də unudulmamalıdır.

    

-          Kamran müəllim, müsahibəyə görə təşəkkür edirəm.

-          Siz sağ olun.

 

AtaHolding

Korporativ Kommunikasiyalar şöbəsinin rəisi

Dilara Zamanova 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment